Masallıda şəhidlərin xatirəsinə həsr edilən minifutbol turnirinin növbəti oyunları keçirilib
- 15-10-2021, 11:20
- İdman
- 0
- 548

Masallıda şəhidlərin xatirəsinə həsr edilən minifutbol turnirinin növbəti oyunları keçirilib.
Masallı Rayon Gənclər və İdman İdarəsi, Bioloji Təbabət Klinikası, AFFA və “Azad” Futbol klubunun təşkilatçılığı ilə keçirilən turnirdə 12 komanda mübarizə aparır.
Oktyabrın 14-də “B” qrupu üzrə keçirilən oyunlar çərçivəsində Qala-95 (Ərkivan) – Seybətin FK qarşılaşması 7:2, “Milenum” FK – Digah FK görüşü 0:0, Səmidxan FK – Cənub FK oyunu isə 5:2 hesabı ilə nəticələnib.
“A” qrupunun növbəti oyunları oktyabrın 18-də (saat 19:00, 20:00, 21:00) "Viləş" minifutbol meydançasında keçiriləcək.
Akif AĞAYEV,
www.yeniheyet.az