• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Şahin” Hərbi- idman oyunu üzrə rayon birinciliyi

    Masallıda “Şahin” Hərbi- idman oyunu üzrə rayon birinciliyi

    • 6-04-2022, 22:04
    • İdman
    • 0
    • 490

    Masallıda “Şahin” Hərbi- idman oyunu üzrə rayon birinciliyi keçirilib
    06 aprel 2022-ci il tarixdə Masallı rayon  Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə Masallı şəhər İ.Əsgərli adına 3 saylı tam məktəbin idman meydançasında masallı rayon tam  orta ümumtəhsil məktəbliləri arasında «Şahin» hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi.

    Yarışın baş hakimi Camaləddin Məmmədov «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edildi. Torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonar, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
            
    Daha sonra çıxış üçün söz, Masallı  rayon İcra Hakimiyyətinin Başçısı aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyevə  verildi. Qəşəm Hadıyev  öz növbəsində yarış iştirakçılarını salamlayaraq komandalara uğurlar arzulayaraq  bildirdi ki, 44 günlük Vətən Müharibəsi  xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızı  düşmən  tapdağından azad olundu.

    Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov öz çıxışında bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Gənclərdə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin aşılanması, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən, çağırışçı gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi və hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

    Tədbirdə Masallı rayon Təhsil şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov və metodisti Əyyar Burhanov çıxış edərək iştrakçıları salamlamış və tədbirin keçirilməsində əsas məqsəd məktəblilərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olduğunu bildirmişlər.

    Təntənəli açılış mərasimi bitdikdən sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başladılar.
    Təntənəli açılış mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı  rayon şöbəsinin əməkdaşı gizir Urfan Məmmədov, Masallı  rayon İcra Hakimiyyətinin Başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Hüseynov «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Masallı  rayon təşkilatının sədr müavini I və II Qarabağ müharibəsinin iştrakçısı  Camaləddin Məmmədov və digər şəxslər iştirak etdi.

    Birincilikdə rayon ərazisində fəaliyyət göstərən  tam orta məktəbin komandaları öz qüvvələrini sınadı. Yarışın yekun nəticəsinə görə I yerə S.Hacıyev adına Viləş kənd  tam orta məktəbinin  komandası, II yerə Ə. Məmmədov Öncəqala kənd  tam orta məktəbin komandası, III yerə Şəhər S.Tağıyev adına Digah 4 saylı  tam orta məktəbin komandası və S.Xəlilov adına Qızılağac 1 saylı tam orta məktəbin komandası layiq görüldülər.Yarışda fəallığına görə Şəhər 6 saylı tam orta məktəbin komandası , Şəhər İ.Əsgərli adına 3 saylı tam orta məktəbin komandası, Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbinin komandası və Çaxırlı kənd tam orta məktəbin komandası fərqlənmə diplomuna layiq görüldü

    Rayon mərhələsinin qalibi olmuş komanda Cəlilabad rayonunda  zona birinciliyində rayonu təmsil etmək hüququ qazandı.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ