• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

    Masallıda Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

    • 6-03-2023, 18:13
    • İdman
    • 0
    • 290

    Masallıda 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.

    Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov bildirib ki, ölkəmizdə idman siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” elan edilib. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan ölkə rəhbəri idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır...”

    S.Cahangirov qeyd edib ki, Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı Masallı rayonundan da yan keçməyib. Belə ki, 2022-ci il ərzində təşkil edilən dünya, Avropa, respublika və zona yarışlarında 213 uşaq, yeniyetmə və gənc idmançı Masallı rayonunu təmsil edib. Onlardan 38 nəfəri birinci, 25-i ikinci, 50 idmançı isə üçüncü yerə layiq görülüb.

    Ötən ilin idman sahəsində daha uğurlu nəticələrlə yadda qaldığını vurğulayan İdarə rəisi idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.

    Sonra 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə, eləcə də rayon idmançılarının uğurlarına həsr edilmiş videoçarx nümayiş olunub.

    Respublikanın Əməkdar məşqçiləri Həbib Mehdiyev, Sufəddin Məmmədov, rayon idman ictimaiyyəti nümayəndələrindən Kamal Mazanov, Əlimərdan Abdullayev, Balayar İbayev, Mövsüm Tağıyev, Əbülfəz Nuriyev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, “Yeni həyat” qəzetinin və eyniadlı saytın əməkdaşı Akif Ağayev, “Asiya.az” saytının redaktoru Cəfər Cəfərov, “Masallı xəbərləri” xəbər portalının rəhbəri Rauf Cəbiyev  və başqaları qeyd ediblər ki, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

    Natiqlər idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, Azərbaycan, eləcə də Masallı idmançılarının uğurları və qarşıda duran məqsədlər barədə danışıblar.

    Tədbirdə bir qrup idman ictimaiyyəti nümayəndəsi, ötən ilki yarışlarda uğur qazanmış idmançı və məşqçi-müəllimləri gənclər və idman idarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.




    Akif Ağayev


    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:23 İki əsgərin bir masalı...
    2. 17:23 Masallı rayonunda çəltik əkini
    3. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    4. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    5. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    6. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    7. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    8. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    9. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    10. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    11. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    12. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    13. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    14. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    16. 17:04 Ziyalı işığında                                                                              
    17. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    18. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    19. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    20. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    21. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    22. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    23. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    24. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    26. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    27. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    28. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    29. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    30. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    31. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    32. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    34. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    35. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    36. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    37. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    38. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    39. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    40. 19:56 Qalıb Azərbaycan Ordusu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ