Prezident Masallı voleybol məktəbinin yetirməsini mükafatlandırıb » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident Masallı voleybol məktəbinin yetirməsini mükafatlandırıb

    Prezident Masallı voleybol məktəbinin yetirməsini mükafatlandırıb

    • 22-12-2023, 18:39
    • İdman
    • 0
    • 404
     
    Respublika Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

    Təltif olunanlar sırasında Masallı voleybol məktəbinin yetirməsi, hazırda voleybol üzrə kişilərdən ibarət ölkə yığmasının və “Murov” voleybol komandasının baş məşqçisi Fərid Calalov da yer alıb. O, mənzillə təmin edilib.  

    Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.
     
    Məlumat üçün bildirək ki, Calalov Fərid Yasər oğlu 04 fevral 1987-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində ziyalı ailəsində anadan olub. 2004-cü ildə Ərkivan qəsəbə 2 saylı tam orta məktəbini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Unveristetinin “Maliyyə-Kredit” fakültəsini bitirib. 2005-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. 11 yaşında “Kinkboks” və “Taekvondo”, 13 yaşından isə voleybol idman növü ilə məşğul olmağa başlayıb. Həmin ildə Masallının gənclərdən ibarət yığma komandasına, 2000-ci ildə Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət alıb, 2004-cü ilə qədər gənclərdən ibarət yığmanın kapitanı olub. 5 il ardıcıl gənclərdən ibarət Millinin və Masallının gənclərdən ibarət komandasında Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Azərbaycanın kişilərdən ibarət yığma komandasına dəvət alıb, 10 il bu komandanın kapitanı olub. 2007-ci ilin mayında Avropanın Çempionlar liqasının qalibi olub, Almaniya Federasiyasının “Fridrixsafeu” voleybol klubu ilə müqavilə bağlayıb (2007-2008). 2008-ci ilin mayında Quba rayonunda keçirilən kişilərin Avropa təsnifat mərhələsində ilk dəfə olaraq kişilərdən ibarət yığma komandamız Avropa təsnifat oyunlarının finalına qədər yüksəlib. 

    Azərbaycan-Albaniya oyununda zədə aldıqdan sonra karyerasına bir müddət ara verib. Sonradan Türkiyənin “Sivasspor” voleybol klubunda çıxış edib (2010-2011), Türkiyə çempionatının qalibi adını qazanıb. 2015-ci il I Avropa Oyunlarından sonra 28 yaşında oyunçu karyerasına son qoyub. Həmin ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən Azərbaycanın kişilərdən ibarət milli komandasına baş məşqçi təyin edilib və ölkə yığması 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının gümüş medalına sahib olub. "Lokomotiv" voleybol klubuna rəhbərliyi dövründə (2016-2019) klub 3 il dalbadal respublika çempionu adını qazanıb. 2017-2018-ci il mövsümündə Azərbaycanın kişi voleybol tarixində ilk dəfə olaraq "Lokomotiv" Avropanın "Chelleuge Cup" turnirində 1/8 final mərhələsinə qədər irəliləyib. 

    2019-2020-ci ildə “Murov” voleybol klubuna dəvət alıb, sezonu çempionluqla başa vurub.
    Fərid Calalov Avropa Çempionlar liqasında Azərbaycanın kişi voleybolunu təmsil edən yeganə voleybolçudur.
     
    Ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan Fərid Calalovu təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq. 


    AKİF AĞAYEV





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    2. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    3. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    5. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    6. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    7. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    8. 09:07 Ərazi nümayəndəsinin tribunası
    9. 09:05 Allah rəhmət eləsin
    10. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    11. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    12. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    13. 13:52 Allah rəhmət eləsin
    14. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 10:25 Bələdiyyə sədri
    17. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    18. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    19. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    20. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    21. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    22. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    23. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    24. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    25. 14:35 Yeni şeirlər
    26. 10:59 Perspektivli idmançıların aşkarlanması
    27. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    28. 15:56 100 illik ömrün işığı
    29. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    30. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    31. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    32. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    33. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    34. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    35. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    36. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    38. 14:19 QANLI YANVAR
    39. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    40. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ