• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 260 hektar sahədə çəltik əkini planlaşdırılır

    Masallıda 260 hektar sahədə çəltik əkini planlaşdırılır

    Masallıda 260 hektar sahədə çəltik əkini planlaşdırılır

    Cari təsərrüfat ilində Masallı rayonunda 260 hektar sahədə çəltik əkini planlaşdırılır.
    Masallı DAİM-in rəisi Seymur Nuriyevdən redaksiyamıza verdiyi məlumatda bildirilir kİ, indi çəltik əkiləcək bir sıra ərazilərdə əkin yerlərinin-ləklərin hazırlanmasına başlanılmışdır. Artıq sahələrdən 100 hektara yaxını əkinə hazırlanmışdır. Hər gün torpaq hamarlanır, ləklər qurulur, toxum cücərdilir.
    Bu il Masallı rayonunda ən məhsuldar “Apollo”, “Haşimi”, “Okean”, «Sədri» və «Şirudi» çəltik növləri yetişdiriləcək.
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına dair respublika müşavirəsində həmin sahələrin inkişafı yönündə konkret addımlar müəyyənləşdirilib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Ölkəmiz üçün ənənəvi olan sahələr dirçəldilir, yeni sahələr yaradılır. Bir sözlə, ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə böyük nəticələr əldə edilib, minlərlə yeni iş yeri yaradılıb. Vaxtilə istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir və keyfiyyətli məhsullarımız dünya bazarlarına çıxarılır.
    Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük.
    Ölkə Prezidenti cənab İlham Əliyevin çayçılıq, çəltikçilik və sitrus meyvələrinin inkşafı ilə əlaqədar bir neçə il bundan qabaq Lənkəranda keçirilən müşavirədəki göstəriş və tövsiyələri Masallıda bu şahələrdə uğurlu başlanğıcın təməlini qoymuşdur.
    Rayonda çəltikçiliyə önəm verilməsi ilbəil yaxşılaşır. Odur ki, yeni mövsümdə ərazilərdə 260 hektar sahədə çəltik əkilməsi planlaşdırılıb.
    Qeyd etmək yerinə düşər ki, ənənəvi əkin sahəsi hesab olunan çəltik əkinləri ötən il-2020-ci ildə 253,9 hektar olmuşdur. Masallı fermerləri çəltik sahələrindən ümumilikdə 868 ton məhsul yığmağa müvəffəq olmuş, hər hektardan orta hesabla məhsuldarlıq 34,2 sentnerə çatdırılmışdır.

    www.yeniheyet.az

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ