MASALLIDA QURUCULUQ İŞLƏRİ GÜNDƏN-GÜNƏ GENİŞLƏNİR
- 13-10-2021, 16:02
- İqtisadiyyat
- 0
- 669

Masallı şəhərində quruculuq işləri davam etdirilir.
Cari ildə onlarla küçə və xiyaban abadlaşdırılıb.
Hazırda şəhərin Heydər Əliyev prospekti boyu bu tədbirlər həyata keçirilir. Burada köhnə bardürlər yenisi ilə əvəz olunur, divarlara aqlay daşlardan üz çəkilir, yeni səkilər qurulur.
Masallı şəhər ərazi nümayəndəliyinin məlumatına görə şəhərin Füzuli, Elşad Hüseynov küçələrində də quruculuq işləri aparılır. Yaxın vaxtlarda burada yaşıllıqlar da salınacaq.
www.yeniheyet.az