Masallıda kənd təsərrüfatı məhsullarının həcmi
- 7-02-2022, 17:50
- İqtisadiyyat
- 0
- 393
2021-ci ilin yanvar–dekabr aylarında Masallı rayonunun kənd təsərrüfatı məhsulları istehsalı 142013,3 min manat olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artmışdır.
Məhsul buraxılışınin 46,6 faizini və ya 66073,6 min manati bitkiçilik, 53,4 faizini və ya 75939,7 min manatı heyvandarlıq məhsulları təşkil etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, həmin dövrdə iri buynuzlu mal-qaranın sayı 73404 baş, qoyun və keçilər 94032 baş olmaqla, ət istehsalı 6372,2 ton, süd istehsalı 49563,3 ton, yumurta istehsalı 59045,0 min ədəd, yun istehsalı 147,5 ton təşkil etmişdir.
www.yeniheyet.az