Rusiya Azərbaycandan ərzaq məhsullarının tədarükünü artırır
- 15-03-2022, 17:32
- İqtisadiyyat
- 0
- 386
Rusiya Azərbaycandan ərzaq məhsullarının tədarükünü artırır.
Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Viktoriya Abramçenko bildirib.
Onun sözlərinə görə, Rusiya özünü əsas ərzaq malları ilə təmin edir və bazarın müxtəlif ərzaq məhsulları ilə zənginliyini, eləcə də rusiyalı tələbatçı üçün çeşidin artırılması məqsədilə idxal tədarükünü genişləndirir. V.Abramçenko deyib: “Ehtiyat üçün alış-veriş etməklə süni tələbat yaratmaq lazım deyil. Xarici iqtisadi təzyiq şəraitində qıtlıq riski və ya çeşidin azalması üçün heç bir zəmin yoxdur. Biz bazarı yenidən səmtləşdirərək qarşılıqlı ticarəti nizamlayacaq, dost ölkələrlə tərəfdaşlıq şəbəkəsini genişləndirəcəyik”.
RF Baş nazirinin müavini xatırladıb ki, son ay yarım ərzində “Rosselxoznadzor” 140-dan çox xarici müəssisədən, o cümlədən Azərbaycan, Türkiyə, Hindistan, Çin, Belarus Respublikası, Qırğızıstan və Qazaxıstandan ərzaq məhsullarının Rusiyaya gətirilməsinə icazə verib.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az