MASALLININ TAXIL ZƏMİLƏRİNDƏ
- 12-06-2020, 19:22
- İqtisadiyyat / Aqrar
- 0
- 952
Masallıda taxıl biçini davam edir
Ölkə iqtisadiyyatının şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi aqrar sektorun inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsinə, regionların simasının əsaslı surətdə dəyişməsinə və kənd əhalisinin güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşmasına böyük töhfələr verir.
Masallı da kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində zəngin təcrübəyə malikdir. Rayonda mövsümü olaraq müxtəlif ərzaq məhsullarının tədarükü həyata keçirilir. Rayon ərazisində hazırda bir çox sahələr kimi mövsümü olaraq taxıl biçini işlərinə də başlanılmışdır.
Belə ki, rayon üzrə ümumilikdə 9648 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 6878 hektarı buğda və 2770 hektarı isə arpa sahəsidir.
İyunun 12-dək Masallı rayonu üzrə ümumilikdə 1613 hektar sahədə taxıl biçilmişdir ki, bunların 35 hektarını buğda, 1578 hektarını isə arpa biçini təşkil edir.
Hazırda taxıl biçini işləri davam etdirlir.
“Yeni həyat”,
www.yeniheyet.az