• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

    TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

    TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

    Bu gün taxıl tədarükü iqtisadiyyatımızda gündəmdə olan prioritet sahələrdəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçımız, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.
    Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir.
    Zəmilərin yaşıl örpəyinin qızılı donla əvəz olunduğu, kombaynların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü mövsümdə müxtəlif dənli və texniki bitkilərin, o cümlədən taxılın, həmçinin qaba və şirəli yemlərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.
    Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin - təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümdə vəzifəsi olmalıdır.
    Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.
    Taxıl və ot yığımına başlamazdan bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin odsöndürmə vasitələri ilə tam təmin etməlidirlər. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir.
    Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçməlidir. Yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.
    Məhsul yığımında iştirak edən texnikanın hamısı işə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.
    Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir.
    Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir.
    Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədi ilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.
    Mühərriki akkumlyatorla işə salınan kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumlyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plasmas borularla mühafizə olunmalıdır.
    Yığımda iştirak edən texnikalar yanğın təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssisədə təşkil olunmuş xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanı əməkdaşı ilə birgə yoxlanılmalıdır.
    Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar adam tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikanın sahələrdə saxlanması, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır.
    Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.
    Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində «Siqaret çəkmək yeri» yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır. Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədi ilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.
    Yığım maşınlarının diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədi ilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların, digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir.
    Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır.
    Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına yetişdirilir.
    Elin bu əvəzsiz sərvətini yanğından qoruyun!

    FHN DYNX –nin Cənub Regional Dövlət Yanğın
    Nəzarəti İdarəsi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    2. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    3. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    4. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    5. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    6. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    7. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    8. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    9. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    10. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    12. 16:20 Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub
    13. 23:30 Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
    14. 14:00 Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    15. 12:53 Qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
    16. 09:24 Masallıda 2025-cü ilin aprel ayına olan səyyar-görüş qəbulları barədə
    17. 16:55 Masallının Həsənli ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    18. 16:47 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    19. 14:48 Masallıda 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi 
    20. 10:38 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
    21. 22:30 XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi
    22. 23:00 31 mart Azərbaycanlıların soyqırımı günü
    23. 23:00 Azərbaycanlıların soyqırımı haqqında fərman
    24. 23:30 Bəşər tarixinin misli görünməmiş soyqırımı faktı
    25. 09:54 Xankəndi şəhərində-Novruz bayram
    26. 09:10 ALLAH RƏHMƏT ELƏSİN
    27. 23:00 Novruz bayramı- bizim milli bayramımızdır.
    28. 21:02 Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    29. 17:59 Rayonun Göyəçöl ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    30. 17:52 Masallının Mahmudavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 17:51 Masallının Rudəkənar kəndində rayon rəhbərinin 13 mart 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 15:02 İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi
    33. 14:33 Çağırışların fürsətə çevirilməsi mövzusunda keçirilən XII Qlobal BakıForumu
    34. 03:29 Masallıda ənənəvi iftar süfrəsi 
    35. 23:30 Suverenliyimiz və ərazi bütövlüyümüz
    36. 23:30 Azərbaycanın zəfər ruhlu Novruz Bayramı
    37. 23:30 Qlobal dəyişikliklər
    38. 20:33 Milli səhnəmizin rejissor yazıçısı
    39. 20:30 Masallıda 17 mart 2025-ci il tarixədək görülmüş işlər barədə məlumatlar
    40. 20:24 Masallıda şəhid adına görülmüş işlər barədə - 17.03.2025
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ