Masallıda bostan məhsulları çoxalır
- 29-07-2022, 17:03
- İqtisadiyyat / Manşet
- 0
- 394
Masallıda bostan məhsullarının istehsalı ilbəil artır. Rayon statistika idarəsindən aldığımız məlumatdan aydın olur ki, bu il fermerlər 23,7 hektar sahədə qarpız, 135,5 hektarda yemiş əkmişlər.
Məhsulun bol və faraş gəlməsi üçün polietilen örtük altında yetişdirilmişdir.
İndiyə kimi sahələrdən 280,2 ton qarpız, 1766,2 ton yemiş yığılıb satılmışdır.
Qeyd edək ki, ötən ilin eyni dövrünə nisbətən sahələrdən 80 ton çox qarpız, 376,2 ton yemiş istehsal edilmişdir.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az