• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib

    Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib

    Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib 

    Masallı rayonunda fermerlər son illər bostan bitkilərinin inkişafına da böyük maraq göstərirlər.
    Cari ildə rayonda 61,3 hektar sahədə qarpız, 270,9 hektarda yemiş, 49 hektar sahədə balqabaq əkilib.
    Xırmandalı, Çaxırlı, Səmidxan, Həsənli, Qızılağac, Mahmudavar, Sərçuvar, Təklə və başqa kəndlərdə əkin sahələri genişləndirilib. Muğanda yemiş yetişdirməkdə ad çıxaran Xırmandalı kəndində camaat bu il 181 hektar sahədə dadlı və ləzzətli yemiş yetişdirməyə nail olublar.
    Təcrübəli sahibkarlar bol məhsul yetişdirmək üçün bitkilərə aqrotexniki qaydada xidmət göstəriblər. Onlar əkin başlanandan ta indiyə kimi olan müddətdə bitkilərin dibini vaxtlı — vaxtında yumşaltmış, bir neçə dəfə becərməsini aparmış, gübrəsini vermiş, bol su ilə təmin etmişlər.
    Məhsul toplanışına vaxtında başlayan Masallı əkinçiləri indiyədək sahələrdən 2000 tona yaxın yemiş və qarpız məhsulları tədarük ediblər.
    Mütəxəssislər ötən illə müqayisədə cari ildə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildiriblər.
    Masallıda bostan məhsulları yığımının qızğın çağıdır. Torpaq mülkiyyətçiləri bu günədək əkdikləri bostan sahəsinin 70-75 faizinin məhsulunu yığıblar.
    Hazırda Masallı rayonunda bostan bitkilərinin yığımı davam etdirilir.
    Yığılan məhsul əsasən yerli bazarlara və respublikamızın iri şəhərlərinin bazarlarına göndərilir.
                                                                           ***
    Masallı rayonunda bu mövsüm 542 hektar sahədə pomidor, 315 hektar sahədə isə xiyar yetişdirilib. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün tarlalarda bol məhsul əldə edilib.
    2020-ci ilin iyul ayına kimi tərəvəzbecərənlər 10520,3 ton pomidor, 9170 tondan çox isə xiyar tədarük ediblər. Hazır məhsullar Bakı, Sumqayıt və qonşu rayonlara göndərilib.
    Hələ tərəvəz sahələrdə məhsul çoxdur. Kənd təsərrüfatı mütəxəssislərin hesablamalarına görə bundan sonra da sahələrdən xeyli pomidor və xiyar məhsulu toplamaq mümkün olacaq. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
    Rayon ərazisində tərəvəz yığımı davam etdirilir.Bu işdə Qızılağac,Səmidxan, Mahmudavar, Şərəfə, Viləş, Çaxırlı, Göyəçöl, Xıl, Xırmandalı, Təklə, Türkoba kəndinin tərəvəzbecərənləri birinciliyi əldən vermək istəmirlər.                                                                                                                                                                 ***
    Bu ilin məhsulu üçün Masallı rayonu üzrə ümumulikdə 1747 hektarda tərəvəz əkin aparılıb. Bunun da 522,3 hektarı badımcan, 17,5 hektarı kələm, 95,7 hektarı isə bibər əkini sahəsidir.
    Belə ki, bu növ tərəvəz əkin sahələri üzrə ən öncül ərazilərdən olan – Xırmandalıda 210, Öncəqalada 54, Səmidxanda 42, Həsənlidə 38, Yeddioymaqda 20 hektarda badımcan, Səmidxanda 4,5 , Banbaşıda və Təklədə hərəsi 3 hektar kələm, Təklədə 12, Xılda 10, Qızılağac və Öncəqalada 7, Səmidxanda 6, Həsənlidə 5, Ərkivan və Mahmudavarda isə 4 hektarda bibər əkilib.
    Hazırda rayon ərazisində tərəvəz bitkilərinin yığımına başlanılıb. Bu günədək sahələrdən 501 ton kələm, 13375 ton badımcan yığılıb.
    Tərəvəz bitkilərinin yığımı davam edir.
                                                             ***
    Masallı rayonunda cari ilin mövsümü üçün 92,5 hektar sahədə sarımsaq bitkisi əkilib. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün rayonda fəaliyyət göstərən fermerlər bu bitkinin əkininə daha çox maraq göstərirlər.
    Ötən ay fermerlər sarımsaq sahələrindən 1457 ton məhsul götürüblər.
    Məhsul yığımına vaxtında başlayan Xırmandalı, Təklə, Qızılağac, Mahmudavar və Bədəlan kəndlərinin torpaq mülkiyyətçiləri bu bitkinin əkini ilə daha çox məşğul olur və hər il də yaxşı mənfəət götürürlər. Torpaq sahiblərinin dediyinə görə, istehsal etdiyi məhsulu ötən illərdə olduğu kimi bu il də yerli bazarlara çıxarırlar.
     
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    2. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    3. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    4. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    6. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    7. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    8. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    12. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    13. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    14. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    15. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    16. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    17. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    18. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    19. 11:15 DİQQƏT! DİQQƏT!
    20. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    21. 13:51 Masallı rayonunun 95-ci ili
    22. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    23. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    25. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    26. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    27. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    28. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    29. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    30. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    31. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    32. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    33. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    34. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    35. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    36. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    38. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    39. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    40. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ