Masallıda əsas sənaye sahələrinin göstəriciləri açıqlanıb
- 24-10-2022, 09:50
- İqtisadiyyat
- 0
- 350
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ili 9 ayı ərzində sənaye müəssisələri tərəfindən göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz artaraq 125396,0 min manat olmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 91,3 faiz təşkil edir. Rayon üzrə ümumi istehsalın 91,3 faizi emal, 8,2 faizi elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi, 0,5 faizi mədənçıxarma və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə bölüşdürülmüşdür.
Ümumi istehsalın 37,3 faizi mebellərin istehsalı, 43,2 faizi hazır metal məmulatlarıın istehsalı, 19,5 faizi isə digər sənaye sahələrinin ( qida məhsullarının istehsalı, tikinti materiallarının istehsalı, elektrik enerjisi,qaz vəbuxar istehsalı,bölüşdürülməsi və təchizatı, və s) payına düşür.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az