MASALLIDA PENSİYAÇILAR VƏ SOSİAL MÜAVİNAT ALANLARIN SAYI
- 8-12-2022, 17:58
- İqtisadiyyat
- 0
- 272
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, əhalinin sayı 01 oktyabr 2022-ci il vəziyyətinə 231,1 min nəfər olmuşdur.
Qeyd olunan tarixə rayon üzrə 22767 nəfər pensiyaçı qeydə alınmışdır. Təyin olunan pensiyaların orta məbləği 295,2 manatdır. Pensiyaların orta məbləği 2021-ci il ilə müqayisədə 28 manat və ya 10,5 faiz artmışdır.
Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardım alanların sayı isə 10000 nəfərdir.1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımının məbləği ötən il ilə müqayisədə 20,1 manat və ya 31,0 faiz artaraq 84,9 manat olmuşdur.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az