• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Mahmudavarda yaşıl çay yarpağı yığılır

    Mahmudavarda yaşıl çay yarpağı yığılır


    20 may Mahmudavarın əmək həyatında yadda qalan tarix kimi xatırlanacaq. 30-32 il əvvəl Masallı rayonunda olduğu kimi bu kənddə də çay tarlaları qırılıb yandırıldı, məhv edildi. Rayonda 3550 hektar, Mahmudavarda 300 hektardan çox yaşıl çay tarlaları islahat adı altında onu əkib-becərənlərin özünə məhv etdirdilər. Hələ üstəlik xalqın bu qiymətli sərvətinə " Vecsiz bitki" damğasını vurdular ki , qoy adamlar yaşıl çay tarlaları ilə tez vidalaşsınlar.
    2016-cı ildə ölkə prezidentinin çəltikçilik, çayçılıq və sitrusçuluğun inkişafı ilə əlaqədar Lənkəranda keçirilən müşabirədən sonra bəzi fermerlər bu qiymətli bitkinin yetişdirilməsinə diqqəti artırdılar. Prezidentin tövsiyə və göstərişlərindən sonra Mahmudavarda " Baba bulağı" MMC-nin kollektivi bu sahədə irəliyə addımlar atdı. Beş hektar sahədə çay tarlası salmaq qərarı alındı. MMC-nin rəhbəri Əfqan Babayev Lənkərandan gətirdiyi dibçəkdə yetişdirilmiş ikiillik çay şitillərini hazırladığı 2,5 hektar sahəyə köçürməyi reallaşdırdı.

    Bu gün isə həmin sahədə nübar məhsul yığılır. Qız-gəlinlərin məhsul yığdıqları sahəyə ayaq qoyan kimi xəyal məni o illərə apardı. Yaşıl kollar arasında məhsul yığanlar rəngbərəng kəpənəkləri xatırladırdı.  Ətraf füsunkar bir aləmə dönmüşdü . Yenə əllərindəki zənbillər dolub-boşalırdı. Bəziləri sovetlər dönəmində bu sahədə çalışıb. Könül Əhmədova və Səbiyə Cabbarova bunu sevinclə xatırlayırlar. Gülxar, Sahibə isə ən gənc çaybecərənlərdir.MMC-nin rəhbəri  Əfqan Babayev plantasiyalara qayğı göstərən Fuadın, Asəfin, Ağaddinin adlarını çəkir.

    Məhsul düşərgəyə gətirilir. İlk gün çay ustaları 200 kiloqramdan çox "Yaşıl qızıl " yığımağa nail olublar.
    Bərəkətli olsun. Şübhə yoxdur ki, illər ötdükcə plantasiyaların məhsuldarlığı da yüksələcək. Növbəti ildə daha 2,5 hektar sahədən yaşıl çay yarpağı yığılacaq . MMC-nin rəhbəri məlumat verib deyir ki, çayçılıqda 15 nəfər çalışır. Kollektivin başqa sahələrindən də işləyənlər var.

     

    Həsənağa Əliyev,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ