• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bir şeirin folklor tutumu

    Bir şeirin folklor tutumu


    Süleyman Əlisa çoxşaxəli ədəbi fəaliyyəti ilə seçilir, qələmindən tariximizin qaranlıq səhifələrinə işıq düşür, şeirləri minilliklərin söz yaddaşını silkələyir. Onun uşaqlar üçün yazdığı şeirlərdən tutmuş ictimai-siyasi mövzuda olan əsərlərinədək bütün qələm məhsullarında el xəzinəsinə güvəncin şahidi oluruq. Əslində, şairin bütün yaradıcılıq nümunələri bu yönümünə görə ciddi təhlilə möhtacdır. Süleyman Əlisa frazeologiyalardan, atalar sözü və məsəllərdən, deyimlərdən, alt qatında rəvayət və əfsanələr dayanan söyləmələrdən məharətlə faydalanır. Onun semantik şeirləri də folklordan qaynaqlanır, dil, ifadə zənginliyi ilə diqqəti çəkir. Bu şeirlərdə xalq həyatının, el güzəranının və məişətinin təsviri əsas yer tutur. Onun qələminin məhsulu olan poetik nümunələrin bir qismi isə şəkli xüsusiyyətlərini folklordan alır, qoşma, gəraylı, nəğmə üslubunda yazılmış şeirlər axıcılığı və ahəngdarlığı ilə seçilir. 

    Süleyman Əlisanın bütün şeirlərinin dili xalq ifadələrinə, milli koloritə söykənir. Adsız bir şeirini nəzərdən keçirdikdə şairin xalq üslubuna heyrətamiz dərəcədə yüksək qiymət verməsinin şahidi oluruq.  Şeir bu misralarla başlayır:

    Hərdən rəng verib,
    rəng alırsınız,
    Haldan-hala düşürsünüz.
    Ya qıpqırmızı qızarırsınız
    Ya qapqara olursunuz.


    İlk anda bu misralarda fikrin adi şəkildə ifadə olunduğunu görürük, bir qədər dərindən düşünəndə şeirdəki deyimlərin arxasında dilin zəngin folklor qatının dayandığının şahidi oluruq. Süleyman Əlisanın adiliyi və qeyri-adiliyi nədədir?


    "Rəng alıb, rəng vermək" müxtəlif məna tutmlarını ifadə edir. Birbaşa ifadə etdiyi məna əməlinə görə xəcalət çəkməklə bağlıdır. Amma bu deyimin sətiraltı mənası da var: Rəng alıb, rəng verən adamlar həm də simasını, xarakterini, xislətini tez-tez dəyişən kəslərdir. Bu mənanı sonrakı misralar tamamlayır. Haldan-hala düşmək ifadəsi də kontominativdir. Dediklərinin, yaxud elədiklərinin xəcalətini çəkənlər də haldan-hala düşürlər, yəni öz əməllərinin peşmançılığını çəkirlər. Şeirdə isə bu deyimin ikinci mənası əsasdır. İkinci mənaya görə haldan-hala düşən adam sifətinin cizgilərini tez-tez dəyişən kimsədir, ya qıpqırmızı qızarır, ya da qapqara olur. Qırmızı həyasızdır, üzədurandır, qıpqırmızı xarakterdə isə tündlük var. Qaralmaq, qapqara olmaq rəngini-ruhunu dəyişməyin təsvirə gəlməyən şəklidir. El arasında "üzqaralığı" ifadəsi mövcuddur ki, bu da pis əməllə, pis hərəkətlə bağlıdır.  

    Tanımaq olmayır sizləri...
    Elə bil
    xoruz quyruğu görməmisiniz?
    Siz də qəribə məxluqsunuz,
    ay gözükölgəli adamlar.
    Hərdən aldanıb şirin vədlərə
        dil-dil ötürsünüz.    
    Dartmaq istəyirsiniz
    rəiyyəti o tərəf bu tərəfə.
    Rəiyyətdə də nə hey qalıb,
    nə heysiyyat,
    Ancaq hələ ümid içində
                       yaşayırlar...


    Şeirin bu hissəsindəki ifadələrin folklor tutumuna diqqət yetirək:
    Xoruzquyruğu - tünd qırmızılığı ifadə edir, adətən tünd çayı bu cür adlandırırlar. Xoruz quyruğu görmək isə çoxmənalıdır. El arasında gəzən bir lətifədə oğru xoruzu yaxşı gizləyə bilmir, quyruğu göründüyü üçün "cinayətin" üstü açılır. Bu mənada fikrin ifadəsi eldən oğurlananı görməmək  anlamına gəlir. Qəribə məxluq isə insanlıqdan aşağı səviyyədə yaradılan, insanlıqdan çıxan, yaxud insani dəyərlərə qiymət verməyən canlıdır. Gözükölgəli adam başqalarının, bəzən isə konkret olaraq bir kimsənin qarşısında üzü olmayan şəxsdir. Keçmiş pis və nalayiq əməli adamın gözünə kölgə tutur ki, bu da üzqaralığının başqa bir şəklidir. Dil-dil ötmək, yaxud bülbül kimi ötmək özünə inamın ifadəsidir, buna xalq arasında "dil boğaza qoymamaq" da deyirlər. Şeirdə "dil-dil ötmək" dayanmadan, nəfəs dərmədən danışmaq anlamındadır. Amma müəllifin təsvirində "şirin vədlərə aldanan" insanlar dil-dil ötməkdə haqlı deyillər.  
    Şeirdə müəllif ittihamını obrazlı ifadələrlə davam etdirir:

    Nə etsinlər?
    Əsrləri, yüz illəri
    yola salıb gəliblər.
    İndi
    hər ağzıgöycəyin sözüylə
    özlərini ağır-yüngül
    edən deyillər ki...
    Hərdən
    dilinizin ucundakı sözü
    udmalı olursunuz.
    Bir anda boğazınız quruyur,
    qaşınız çatılır,
    gözləriniz böyüyür,
    əlhəminizi çaşırsınız.
    Nə illah etsəniz də,
    dinc durmayır,
    başınıza bəla açır
    dilinizin altındakı o söz.
    Sonra da həkimə,
    dava-dərmana möhtac qalırsınız...


    Dilə şirinlik gətirən, şeiri quru söz yığını olmaqdan xilas edən canlı xalq deyimlərinin yerli-yerində işlədilməsidir. Bu kiçik parçadakı mayası xalq danışıq dilindən gələn obrazlı sözlərə diqqət yetirək: Ağzıgöyçəyin sözü; Özünü ağır-yüngül etmək; Dilin ucundakı sözü udmaq; Boğazı qurumaq; Qaşı çatılmaq; Gözləri böyümək; Əlhəmi çaşmaq; İllah etmək; Başına bəla açmaq; Dilin altındakı söz.
    Şeirdə aforistik ifadələr misradan-misraya təkmilləşir, "gözükölgəli" adamların ittihamı ciddiləşir. Biganəlik, vədlərə inanmaq, haqqı çatmadan dil-dil ötmək fərdin faciəsinə gətirib çıxarır. Təkcə fərdinmi? Deyim zənginliyi fikrin sərrastlığını artırır:

    Siz də qəribə məxluqsunuz,
    ay gözükölgəli adamlar.
    Hər qaranlıq gecənin
    işıqlı bir gündüzü var.
    Kipriklərinizin gödəkliyi
    gözlərinizi çaşdırmasın;
    Onlardı Günəşdən gələn
    işığın rənginə rəng qatan,
    gözünüzü kölgəli edən...
    Onlardı sizi  düz sözə
    həsrət  qoyan...
    Ay gözükölgəli adamlar,
    Görəsən daha nə vaxtadək
    kölgəlikdə daldalanacaqsınız?
    Görəsən daha nə qədər
    yarına-yarına yaşayacaqsınız?
    Belə ütülə-ütülə yaşamaq
    heç ütülü qalstukunuza da yaraşmır.
    Günü sabahdan
    atın yarınmağın daşını,
    Ütülü sözlərinizi də
    göndərin getsin arxivə.
    Amandı bir az ayıq olun,
    Amandı gözüaçıq olun.
    İt hürən tərəfə yox,
    işıq gələn tərəfə yüyürün,
    işıq gələn tərəfə.


    Şeirin bu hissəsində olayları və ittihamı müdrik kəlamlar tamamlayır, hər misra bir atalar sözünü xatırladır: "Hər qaranlıq gecənin işıqlı bir gündüzü var", yaxud "Kipriklərin gödəkliyi gözləri çaşdırır (qamaşdırır)" qənaəti atalar sözlərindən gəlir. "Kölgəlikdə daldalanmaq" həqiqətdən, reallıqdan qaçmağı, kiminsə əlaltısına dönməyi bildirirsə, "yarına-yarına yaşamaq" yaltaqlığı ifadə edir. Bu artıq şəxsiyyətin sınmasıdır, toplumun əsarətidir. Ona görə də Süleyman Əlisa yazır ki, ütülə-ütülə yaşamaq ütülü qalstukunuza yaraşmır. Ütülmək konkret mənada tüklü canlıların (quşların və heyvanların) oda tutulmasıdır. Bu obrazı insanın üzərinə köçürdükdə belə bir reallıq alınır: Qanadları ütülmüş quş uça bilmədiyi kimi, ütülə-ütülə yaşayan insan da arzularının dalınca gedə bilmir. Yarınmağın daşını atmayan, ütülü sözlərdən əl çəkməyən insan obyektiv ola bilməz. "Yarınmaq daşı" el arasında bilov da adlanır, nəyisə itiləməyə yarayır. Öz xalqını ayıq olmağa, gözüaçıq olmağa səsləyən Süleyman Əlisa şeirini nağıllardakı çağırışla bitirir. Nağıllarımızda Cırtdan özündən çox böyük, amma qərarsız insanlara it hürən tərəfə deyil, işıq gələn tərəfə getməyi məsləhət görür. Yol uzaqdı, amma yolun sonunda işıq var!
    Süleyman Əlisanın semantik şeirinin folklor qaynaqlarına işıq salmaqla çağdaş poeziyamızla bağlı bir həqiqəti üzə çıxardıq. Sərbəst vəzndə olduğuna görə bu şeirin poetik tutumu misraların ritmində, ahəngində deyil, sözlərin və ifadələrin daşıdığı məna yükündədir. Şeir struktural baxımdan folklorla bağlı olmasa da, tematik yükünə görə xalq deyimlərindən, dilin folklor qatından, ifadələrin obrazlılıq səviyyəsindən qidalanır.  



    Bilal ALARLI HÜSEYNOV,
    Filologiya üzrə fəlsəfə doktoru.

    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:02 Ələşrəf Niftiyev 80
    2. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    5. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    6. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    7. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    8. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    9. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    10. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    11. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    12. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    13. 23:30 Tarixi qələbəyə aparan yol
    14. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    15. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    16. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    17. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    18. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    19. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    21. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    22. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    23. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    24. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    25. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    27. 11:31 Masallıda Qurban bayramı - 2025
    28. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    29. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    30. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    31. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    33. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    34. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    35. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    36. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    37. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    38. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    39. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    40. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ