• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Su mifologiyada, dində və həyatımızda - insanın təbiətlə harmonik tənzimlənməsi

    Su mifologiyada, dində və həyatımızda - insanın təbiətlə harmonik tənzimlənməsi


    Tədqiqatçılar arasında ilaxır çərşənbələrin sıra ardıcıllığına münasibətdəki fərqliliyin özəyində ilin fəsillərinin qapalı təkrarlanan birgəliyindən, vəhdətindən irəli gələn amil dayanır. Bu ardıcıllığa münasibətlər müxtəlif olsa da, mahiyyət dəyişməz qalar: su, od, yel, torpaq ünsürləri heç nə ilə əvəzlənmir. Onların yaradıcılıq stixiyası öz hökmünü icra etməklə təbiətə yaz gəlir, Novruz bayramı qədəm qoyur. Belə olan halda bu ünsürlər öz yaradıcılıq güclərini ayrı-ayrılıqda nümayiş etdirsə də, bütövlükdə hərəsi birləşib ümumi bir anlayışı - yeni həyat amilini formalaşdırır. Vahid müstəvidə qərarlaşan bu dörd ünsürün yerdəyişməsi isə ümumilikdə heç nəyə xələl gətirmir.

    AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Su çərşənbəsi haqqında qeydlərini təqdim edirik.

    “İlaxır çərşənbələrin sıra düzümündə Su, Od və Yel çərşənbələrindən sonra Torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır. Torpaq çərşənbəsinin Yel çərşənbəsindən qabağa keçirilməsi yanlışdır" iddiası ilə çıxış edən mərhum professor Azad Nəbiyev bu barədə yazır: “Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Əzəl çərşənbədir. Bu, xalq içərisində çox əzizlənən çərşənbələrdən hesab olunur. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Su çərşənbəsi”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.

    Əski inanclara görə, Əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təzələnir, elə buna görə də bu çərşənbə su, suyun təzələnməsi ilə əlaqələndirilir. Türk xalqlarının mifoloji təsəvvürlərində ən qədim kultlar içərisində su kultu mühüm yer tutur. Su ilə bağlı yayılmış tapınmalar içərisində su tanrısı Abanın və Nahidin adı ilə əski süjet və nəğmələr geniş yayılıb. Həmin görüş və etiqadlarla bağlı təsəvvürlərin bir çoxu Əzəl çərşənbənin - Su çərşənbəsinin ayin-etiqadları ilə çarpazlaşmış, bu çərşənbənin adı ilə bağlı silsilə inanc, etiqad, ənənə, mərasim və s. yaratmışdır".

    Su çərşənbəsini xalqımız müxtəlif mərasim, ayin və oyunlarla qeyd edir. Məsələn, insanların sübh tezdən bulaq başına gedərək “Ağırlığım-uğurluğum, azarım-bezarım suya” deyib su üstündən adlaması, əl-üz yuyub bir-birinə su çiləməsi, xəstələri su üstündən hoppandırıb günah işləməyəcəklərinə, yaxşılıq edəcəklərinə and içdirdikdən sonra əl-ələ tutub suyun ətrafında nəğmələr oxuması və s. oyun və ayinlər bu qəbildəndir.

    Xalq düşüncəsindəki inam belədir ki, hər çərşənbəni müəyyən bir ünsürlə əlaqələndirib “çərşənbə bu dəfə suya düşdü”, yaxud “çərşənbə bu dəfə yerə (torpağa) düşdü” və s. tipli sabit deyimlərlə fikir yürüdülür. Bu fikir nəyi işarələyir? Bu fikir onu bildirir ki, əgər Su çərşənbəsidirsə, çərşənbə suya düşür deyiləndə suyun canına istilik düşür, su qızmağa, donu-şaxtası açılmağa (kristal buz və ya qar dənəcikləri formasından yumşaq maye şəklinə keçir) başlayır ki, bununla da soyuqdan donmuş, ölmüş su qızmaqla suya can gəlir, başqa sözlə, “ölmüş su” dirilir, yeni həyat qazanır. “Qurani-Kərim”də buyurulan “hər bir canlını sudan yaratdıq” kəlamı da suyun yaradılışın əsasını təşkil etdiyini göstərir və bu məntiqdən düşündükdə Su çərşənbəsinin təbiətdə hansı mühüm funksiyaya malik olduğu da aydın görünür. Habelə kainatdakı yaradılışın üçdə iki hissəsinin su, üçdə bir hissəsinin quru olduğunu nəzərə aldıqda, yenə də suyun dünyada hansı böyük miqdarda olmasını və yaradılış üçün mühüm baza təşkil etdiyini təsəvvürümüzdə aydınlaşdırarıq.

    Professor Fərahim Sadıqov “Masallı folkloru” kitabında Novruz və ilaxır çərşənbələrdən danışarkən ilkin olaraq Su çərşənbəsinin keçirilməsini qeyd etsə də, regionda ənənəvilik qazanmış fərqli xarakterik halı da göstərir: “Su çərşənbəsinə bir neçə gün qalmış Masallı bazarında çərşənbənin atributları satılmağa başlayır. 1950-60-cı illərdə ərkivanlı dulusçuların, xarratların, əttarların, təkəlduzların, rəssamların və digər sənətkarların hazırladıqları rəngli bardaqlar, küpə səhənglər, nehrələr, sərniclər, gövdüşlər (gavdiş, gödiş də deyilir), kuzələr, lüleyinlər, müxtəlif qablarda becərdilmiş səmənilər, rəngli yumurtalar, cürbəcür ədviyyatlar Masallı bazarında öz yerlərini tutardı”.

    Bu informasiyada Su çərşənbəsinin keçirilməsi ilə bağlı çox mühüm və zəngin məlumat bazası var. Əhalinin Su çərşənbəsinə böyük önəm verməsi aydın görünür. Su həyat mənbəyidir. Su dirilikdir. Dilimizdəki sabitləşmiş olan “abi-həyat” – “dirilik suyu” tipli el ifadəsi də xalq təfəkküründə suyun məhz həyatla, yaşayışla sıx bağlı olmasını əks etdirir. Bu, istər mifoloji, istər dini, istərsə də müasir gerçəklik baxımından tam reallığa söykənən həqiqətin ifadəsidir. Mifdə, mərasimdə və məişətdə suyun əvəzsiz rolu, müstəsna əhəmiyyəti var. Masallıda camaatın Su çərşənbəsini qarşılamaq ərəfəsində bazar iqtisadiyyatında Su çərşənbəsi atributlarına xüsusi önəm verilməsi mərasim mədəniyyəti ilə məişət mədəniyyətinin qovuşub vəhdət təşkil etməsi deməkdir. Mənəvi güclə iqtisadi gücün birliyinin rəmzi deməkdir. Mifologiyada, dində və məişət həyatımızda dirilik mənbəyi hesab olunan su ilə bağlı çərşənbədə iqtisadi gücün ifadəçisi kimi bazara həyat, yaşayış üçün vacib olan məişət avadanlıqlarının (su ilə bağlı əmək alətlərinin) ayaq açması artıq Su çərşənbəsinin mərasim hadisəsi olmaqla, həm də məişət həyatına nüfuz etməsinin real göstəricisidir. Bu, xalqın Su çərşənbəsinə olan böyük inamını praktik baxımdan həyata keçirə bilmək hünəridir. Ayrı-ayrı peşə sahibləri olan sənətkarların - dulusçunun, xarratın, rəssamın və başqa sənət sahiblərinin hamısının bir məqsədə yönəlməklə - Su çərşənbəsinə hazırlaşmaqları, yəni rəngli bardaq, küp səhəng, nehrə, sərnic və s. su qablarını düzəldib istehsal etmələri və bazara çıxarmaları müxtəlif təbəqədən olan adamların mərasim ənənəsində və məişət həyatında ortaq məxrəcə gəlib birlik nümayiş etdirməyi deməkdir. İnsanların birliyi də güc, həyatsevərlik anlamına gəlir. Deməli, Su çərşənbəsinin atributu olan su özü həyati gücü ifadə edir, su ilə bağlı atributlar bazara çıxarılır, bazar özü də iqtisadi gücü göstərir, bu sırada insanların birlik, həmrəylik münasibətində olmaları da ictimai həyatdakı gücü bildirir. Bu nöqteyi-nəzərdən ümumiləşdirmə aparanda Su çərşənbəsi özlüyündə mənəvi, iqtisadi və sosial sahədə vahid bir məcraya yönəlib sığışan güc birliklərini vahid nöqtədə birləşdirir. “Birlik harada, dirilik orada” məsəlimizdə vurğulandığı kimi, bu birlik isə diriliyə - yeni həyatın canlanmasına təminat yaradan əsas amildir ki, Novruzun da, ilaxır çərşənbələrin də missiyası bu qayəyə xidmət edir.

    F.Sadıqov Su çərşənbəsinin elliklə, böyüklü-kiçikli hamı tərəfindən icra edilməsindən də yazıb: “Masallıda Su çərşənbəsi günü səhər sübhdən Viləşin sahilində bayram qiyafəli qızlar su daşıyırdılar. Rastlaşanlar bir-birini “Çərşənbə bayramın mübarək”, “Su qədər ömrün olsun”, “Sudan yarıyasan" sözləri ilə təbrik edərdilər.

    Maraqlıdır ki, Viləşin ətrafında olan Dadva, Müsaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Ərkivan, Yiyənkənd, İskəndərli kəndləri ilə yanaşı, ətraf kəndlərdən, rayon mərkəzindən çoxlu qızlar, gəlinlər, yaşlı qadınlar əllərində rəngli bardaq, səhəng, kuzə, kiçik al-əlvan rəngli vedrələr, küpələr Viləşə su götürməyə gedirdilər. Xüsusilə onlar özləri ilə məktəbəqədər yaşlı uşaqların, kiçik məktəbyaşlı uşaqların əllərindən tutub çaya su gətirməyə yollanardılar”.
    Burada bir məqamı da nəzərdən qaçırmayaq ki, rəngli bardaqla al-əlvan rəngli vedrələrlə su daşınması faktı təsadüfi deyil. Su çərşənbəsinin şərəfinə su qablarının da bəzək-düzəkli, naxışlı olması təbiidir; çünki mifik düşüncəyə görə hər bir şeyin əyəsi, sahibi, hamisi olduğu kimi suyun da yiyəsi, hami ruhu var və Su çərşənbəsi bayramında su əyəsini razı salmaq, su hamisinə xoş gəlmək üçün suyu gözəgəlimli, təzə naxışlı, bəzəkli qablarda daşıyırlar. Həm də “Su gözəllər yüküdür” deyiblər. Qız-gəlinlərin daşıdığı su qabları da onların gözəlliklərinə uyğun tərzdə gözəl naxışlı bəzədilmiş qablar olmalıdır. Üstəlik də, Su çərşənbəsi günündə təzə bayram paltarlarını əyinlərinə geyinmiş qız-gəlinlərin çiyinlərinə aldıqları su qabları cazibədar görünüşdə, bərbəzəkli formada olmalı və bayram əhval-ruhiyyəsini tamamlamalıdır. Axı Su çərşənbəsinin təzə suyu da təzə, təravətli, əlvan naxışlı qablarda daşınmalıdır.
    Bəli, Su çərşənbəsinin təbiət hadisəsi olaraq hansı təbii stixiyanı yerinə yetirməsi bu prizmadan düşündükdə hamımıza bəlli olur. O ki qaldı Novruz bayramı hadisəsi olaraq Su çərşənbəsinin cəmiyyətdə inikasına, bu məsələlər də Su çərşənbəsi mərasimi adı ilə keçirilən ayin və mərasimi aktlarda gerçəkləşir. Yəni insan özünü təbiətin ayrılmaz parçası hesab etməklə su ilə bağlı əfsun, sehr, oyun, icra ayinləri, mərasimi hərəkətlər və s. yerinə yetirir - su üstündən adlamaqla, evinə Zəmzəm suyu gətirməklə və s. şəklində Su çərşənbəsini bayram edir. Beləliklə, təbiətdə suyun canına istilik düşməklə Su çərşənbəsində dirilik tapan suya müvafiq olaraq icra edilən ayinlər bunun ictimaiyyətdə də rəsmiləşdiyini təsdiqləmiş olur: insan təbiətlə harmonik tənzimlənmə situasiyasına düşür...



    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    2. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    3. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    4. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 17:04 Ziyalı işığında                                                                              
    6. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    7. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    8. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    9. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    10. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    11. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    12. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    13. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    14. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    15. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    16. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    17. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    18. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    19. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    20. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    21. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    23. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    24. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    25. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    26. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    27. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    28. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    29. 19:56 Qalıb Azərbaycan Ordusu
    30. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    31. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    32. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    33. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    34. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    35. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    36. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    37. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    38. 10:00 Peşəkar ordumuz
    39. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    40. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ