• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ümumxalq etimadın ünvanına çevrilən Yeni Azərbaycan Partiyası

    Ümumxalq etimadın ünvanına çevrilən Yeni Azərbaycan Partiyası

               
    Ümumxalq etimadın ünvanına çevrilən Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, dahi şəxsiyyət Heydər Əliyev ideallarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident cənab İlham Əliyevin apardığı islahatlara töhfələr verib.
             
    Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə gəlib.
             
    Partiya bu illər ərzində əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atıb, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayıb. Partiyanın bir il əvvəl - 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir.
               
    Dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşklatın tarixində növbəti dönüş nöqtəsi, yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının son qurultayında, əvvəlki quriltaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai - siyasi həyatına hər zaman yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
               
    Ölkə Prezidenti cənab İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu.
             
    Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar, yeni Nizamnamə müasir dövrün bütün tələb və çağırışlarına cavab verdi, partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Daha təkmil idarəetmə formasının müəyyən olunması, yeni Proqramın demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva etməsi hakim partiyanın ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsinə, yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərdi.
             
    Xüsusi ilə qeyd etmək lazımdır ki, hakim partiya 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirdi, Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.
              YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi də ölkəmizdə uğurla həyata keçirilən xarici siyasətin davamıdır. Dostluq və qardaşlıq əlaqələri digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il videoformatda konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Partiya liderləriarasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. YAP-ın Rusiya, Çin, Özbəkistan, Tacikistan, Ukrayna, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.
             
    Qürurverici haldır ki, hər zaman siyasi proseslərin önündə olan hakim partiya 30 illik yubileyinə daha fəal və mətin addımlarla qədəm qoyur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlarının sürətli və hərtərəfli inkişafına davamlı töhfələr verəcək.
     

    Kinəxanım Əliyeva,
    Masallı rayon Mahmudavar kəndi.


    "Yeni həyat"  qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    2. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    3. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    4. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    6. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    7. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    8. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    10. 15:46 Masallı DAİM-də dəyirmi masa
    11. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    12. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    13. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    14. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    15. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    16. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    17. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    19. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    20. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    21. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    22. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    23. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    24. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    25. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    26. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    27. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    28. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    29. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    30. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    31. 23:30 22 iyul Milli Mətbuat günü
    32. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    33. 23:00 22 iyul Milli Mətbuat Günü 
    34. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    35. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    36. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    37. 11:06 Azərbaycan mətbuatı – 150
    38. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    39. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    40. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ