• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 104 kiloqram narkotik maddə gizlədən narkotacirlər saxlanılıblar

    104 kiloqram narkotik maddə gizlədən narkotacirlər saxlanılıblar


    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 38 nəfər saxlanılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 104 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 2441 ədəd psixotrop tərkibli həb, 1 ədəd ov tüfəngi və 17 ədəd patron aşkar olunub.

    Daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Elgiz Ağayev və Araz Bünyatov saxlanılıb. Həmin şəxslərdən 35 kiloqram, o cümlədən 11 kiloqram heroin, 18 kiloqram marixuana, 5 kiloqram metamfetamin və 1990 ədəd satışı qadağan edilən psixotrop tərkibli həb aşkar olunub.

    Abşeron, Qobustan və Bərdə rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Elman Əliyev, Xəyyam Bəydəmirov və Mənsur İmanov saxlanılıblar. Onlardan ümumi çəkisi 33 kiloqram olan heroin, metamfetamin və metadon həbləri aşkar olunub.
    Qeyd edək ki, adları sadlanan 5 nəfər mütəşəkkil dəstə yaradıb xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə ediblər. Daha sonra onlar yaşadıqları evlərdə torpağın altında xüsusi anbarlar yaradaraq narkotikləri orada müxtəlif üsullarla komuflaj edərək gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar.

    Paytaxtın Nizami, Nəsimi, Suraxanı, Yasamal, Qaradağ, eləcə də, Abşeron Sabirabad və Qəbələ rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 16 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, eləcə də, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik kartlar və qeyd dəftərçələri aşkar olunub.

    Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri, həmçinin Masallı Astara, Yevlax və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ikisi - Yevlax rayonunda saxlanılan Kamal Abdullayev və tanışı Şahin Abdullayevdən 14 kiloqram, digərlərindən isə 6 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, həblər və plastik kartlar aşkar olunub.

    Faklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    2. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    3. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    4. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    5. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    6. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    7. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    8. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    9. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    10. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    11. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    12. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    13. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    16. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    17. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    18. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    19. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    20. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    21. 07:45 Bir ağacda beş cür meyvə...
    22. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    23. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    24. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    25. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    26. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    27. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    28. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    29. 23:30 Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 
    30. 23:30 Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir 
    31. 23:30 Budapeştdə Türk həmrəyliyinin yeni mərhələsi, siyasi iradə və iqtisadi uzaqgörənlik
    32. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    33. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    34. 18:48 Mahmudavar kəndində şəhid küçəsinə asfalt örtüyü döşənir
    35. 18:46 Masallının Xırmandalı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    36. 18:43 Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:33 Energetika sahəsində uğurlu əməkdaşlıq
    38. 23:30 Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.
    39. 17:44 Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans
    40. 15:33 Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ