• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Aqrar Sığorta Fonduna kütləvi müraciətlər edilir

    Aqrar Sığorta Fonduna kütləvi müraciətlər edilir


    Son həftələr respublikada hava şəraitinin kəskin dəyişməsi, bəzi ərazilərdə güclü yağışlar, sel-subasması, külək, qasırğa fırtına, temperaturun kəskin aşağı düşməsi və sair hallarla müşayiət olunub. Bu hallar nəticəsində bölgələrdəki kənd təsərrüfatı obyektlərinə – əkin sahələrinə də zərər dəyir.

    Aqrar Sığorta Fondundan verilən məlumata görə, baş verən hadisələrlə bağlı Fonda çoxsaylı müraciətlər başlayıb: “İndiyədək əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş sahibkarlar və şirkətlər sığorta hadisələri ilə bağlı Fonda müraciətlər edirlər. Müraciətlər sel-subasma, güclü külək, qasırğa, üçüncü şəxslərin hərəkətləri, o cümlədən mal-qaranın əkin sahələrini məhv etməsi, şaxtavurma və sair halları əhatə edir. Fermerlərin hadisələrlə bağlı bütün müraciətləri qeydə alınır, cavablandırılır, hadisələr araşdırılır və ilkin olaraq dəyən zərərin məbləği dəqiqləşdirilir”.

    Bölgələrdən daxil olan müraciətlər müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.

    Təsərrüfatlarda hadisələr Cəlilabad, Masallı, Qobustan, Kürdəmir, Şəki, Neftçala, Qəbələ və başqa rayonlarda qeydə alınıb. Zərərçəkən sahələr arasında taxıl sahələri, meyvə bağları, fındıq sahələri var. Bununla yanaşı, bütün hallar araşdırılır.

    Aqrar Sığorta Fondu bir daha sığortalı fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Fonda müraciət etməyə çağırır.

    Eyni zamanda, Fond indiyədək sığortadan istifadə etməyən fermerləri və şirkətləri belə halları nəzərə almağa və aqrar sığorta vasitəsilə təsərrüfatlarını sığortalamağa dəvət edir: “Hazırda dövlət dəstəkli aqrar sığorta mexanizmi ölkədə ən çox becərilən 41 bitkini 30-a qədər riskdən qoruyur. Son günlər bu risklərlə bağlı hadisələri müşahidə edirik. Aqrar sığorta tariflərini və bu sahədə fermerlərə 50 faizlik dövlət dəstəyini nəzərə aldıqda, aqrar sığorta əkinləri qorumaq üçün olduqca sərfəli üsuldur. Fermerlərimizi dövlətin yaratdığı bu imkandan faydalanmağa çağırırıq”.

    Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində

    “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

    Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ