• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Yeni həyat”-90

    “Yeni həyat”-90


    Redaksiyanın arxivindən. 17 mart 2017-ci il tarixdə dərc edilmişdir. №17-18 (6636), səh.7.                                                                                                                                                                                                                       Qəzet Aprel döyüşləri haqqında

     Keçən ilin aprelində Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənə layiqli cavab verildi, Ermənistan Silahlı qüvələri geri oturduldu, bir sıra ən mühüm strateji mövqelər düşməndən alındı. Bu,Milli Ordumuzun nəyə qadir olduğunu, düşmənin silahlı qüvvələrindən çox-çox üstünlüyünü sübut etdi. Bu, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin, Milli Ordumuzun qələbəsi idi. Qələbə Azərbaycanın beynəlxalq aləmdə imicini bir daha artırdı. Xalqın qəhrəmanlıq ruhunu oyatdı. Azərbaycan xalqı Prezident, Milli Ordu ətrafında sıx birlik nümayiş etdirdi.Bu gün xalqımızın coşub-daşan vətənpərvərlik hissləri, öz ordusu ilə bağlı fəxr və qüruru sonsuzdur. Bu hissləri xalq KİV-də, radio efirlərində, televiziya ekranlarında bölüşür. Bu ovqat “Yeni həyat” qəzetinin səhifələrinin də əhval-ruhiyyəsi olmuşdur.

    Qəzetimizin 8 aprel 2016-cı il tarixli nömrələrindən başlayaraq aprel döyüşlərinə həsr olunan maraqlı və oxunaqlı yazıları oxucuların diqqətini çəkmiş, xalqın qəhrəmanlıq ruhunun tərənnümünə dönmüşdür. 8 aprel sayında xalq şairi Səməd Vurğunun “Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən” misraları ilə açılan səhifəsi bu günümüzlə həmahəngdir, xalqın torpaqlarımızın azad edilməsi yolunda mübarizəyə, səfərbərliyə çağırış marşı kimi səslənir.

    Qəzetdə Azərbaycan Respublikası Prezidenti,Ali Baş Komandan İlham Əliyevin aşağıdakı sözləri epiqraf seçilib:“...Bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, – onu qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, – biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan         xalqını təbrik etmək istəyirəm”.

    Qəzetin həmin nömrəsində “Nurlan canından əziz sevdiyi torpağa tapşırıldı” sərlövhəli yazıda Kalinovka kənd sakini şəhid Nurlan Bayram oğlu Əsgərlinin tərcümeyi-halı, şanlı döyüş yolu barədə geniş məlumat verilir, dəfn mərasimindən danışılır. “El-obanı yüksək zirvəyə qaldırmış şəhidin cənazəsi gənclərin çiyninə qaldırılır” ifadəsi qürur və iftixar kimi səslənir.

    Xalqın Milli Ordumuzun qələbəsinin yaratdığı haqlı iftixar və qürur ovqatı qəzetin həmin sayındakı bütün yazıların leytmotivini təşkil edir. “Torpağı qoruyuruq, əkib becəririk” sərlövhəsi altında verilmiş yazıda oxuyuruq:“Masallı RİH başçısı Rafil Hüseynovun Təzə Alvadı kəndində səyyar qəbulu xalqımızın ümumi ruhundan doğan sevinc, qürur, iftixar hisslərinin ifadəsi, Azərbaycan  Ordusunun qələbəsindən yaranan ab-havanın xoş ovqatı ilə keçdi. Rayon rəhbəri və çıxış edənlər Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyyi ilə Milli Ordumuzun qazandığı qələbələr barədə geniş danışdılar. Torpaqları qorumaq istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı onun əkilib-becərilməsi, sərfəli təsərrüfatın seçilməsi, bol məhsul əldə edilməsi məsələləri diqqətdə oldu. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi”.

    Qəzetimizin 15 aprel 2016-cıl il tarixli 15-ci nömrəsində də S.Vurğunun çağırış ruhlu misraları təkrar olunur. Birinci səhifədə Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Milli Ordumuzun yenilməzliyi haqqında sitatı verilir.Həmin səhifədə aprel döyüşlərində qəhrəmanlıq göstərib, şəhidlik zirvəsinə qalxmış Güllütəpənin igid oğlu Firdovsi Əliş oğlu Bağırzadənin həyatı, fəaliyyəti, döyüş yolu barədə məlumat verilib, dəfnindən reportaj dərc olunub.

    On beşinci nömrənin ikinci səhifəsində Azərbaycan Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış on kütləvi və tək müraciətlər Masallı şəhəri, rayonun ayrı-ayrı qəsəbə və kəndlərini əhatə edir.

    Qəzetin 22 aprel 2016-cı il tarixli nömrəsi də Ali Baş Komandan İlham Əliyevin sözləri ilə başlanır. Həmin nömrədə dərc olunmuş “Vətənpərvərlik tərbiyəsi – günün vacib məsələsi” mövzusunda Masallı şəhər 1 nömrəli məktəbdə keçirilmiş konfransın materialında da rayon ziyalılarının, ağsaqqallarının, məktəblilərin qələbə ovqatı əks olunur.Fəxrlə qeyd edilir ki, Milli Ordumuz erməni təxribatını uğurla dəf edib, onu mövqelərindən geri oturdub, nəyə qadir olduğunu bildirib.

    Qəzetimizin 19 aprel 2016-cı il tarixli 17-ci nömrəsində dərc olunmuş Sərçuvarda səyyar qəbulun materialında sakinlər Prezident İlham Əliyevin, Milli Ordumuzun ətrafında sıx birlik nümayiş etdirdiyi bildirilir.Həmin nömrədə dərc olunmuş “Sağa bax, düzlən!” sərlövhəli yazılarda Milli Qəhrəmanlar Elşad Ağayev və Elşad Hüseynovun doğulduqları Təzə Alvadı və Xıl kənd tam orta məktəblərində şagirdlərin vətənpərvərlik tərbiyəsinin təşkili, Milli Qəhrəmanların nümunəsi, eləcə də Ordumuzun aprel uğurları əlaqələndirilir. Yazıda tövsiyə olunur ki, gənclər sağa-Milli Qəhrəmanlara baxıb düzlənməli, onların vətənpərvərliyini həyat idealı seçməlidirlər. Yazıya əlavə olunan şeirlərdə oxuyuruq:

     

    Qəzəbimi silah etdim,

    Torpağımı azad etdim,

    Alıb neçə yüksəkliyi,

    Hünərimi bayraq etdim

    Qarabağda!

     

    16 may 2016-cı il tarixli 18 nömrəli qəzetdə də vətənpərvərlik hissləri aşılayan yazılar bir-birini əvəz edir. “Yaralı əsgərlə görüş” məqaləsində rayon rəhbərinin aprel təxribatının qarşısını alarkən yaralanmış  əsgər Mənsur  Quliyevin evinə getməsi, onunla görüşü, işıqlandırılır. Görüş zamanı yaralı əsgərlər: Ərkivanlı Şamxal Orucov və Nəzəroba kəndindən olan Pərvin Fətullayev də xatırlanır.Həmin səhifədə üç müəllifin vətənpərvərlik ruhlu şeirləri dərc olunmuşdur. Şeirlərdə ordumuz, onun qələbəsi, erməni işğalçılarına tutarlı cavabının xalqın ruh yüksəkliyinə, ovqat xoşluğuna səbəb olması təsvir edilir.Həmin səhifədəki “Qalibiyyəti yaşadacağıq” vətənpərvərlik nəsildən-nəslə ötürülür” yazıları da əsil qürur və fəxr hissləri aşılayır.

    13 may 2016-cı il tarixli 19 nömrəli qəzetdə “Qalibiyyət estafeti” sərlövhəli yazıda 1945-ci il 9 may qələbəsindən, onun uğurlu estafeti kimi aprel 2016-ci il qalibiyyətindən geniş danışılır. “Veteranlar evində” (həmin nömrədə) yazı da bu ruhdadır.

    20 may 2016-cı il 20 nömrəli qəzetin də leytmotivini aprel döyüşləri, xalqın qələbə ilə bağlı ovqatını əks etdirən yazılar təşkil edir.Birinci səhifədə “Şəhidin xatirəsi yad edildi” və “Şəhid adına küçə”, həmçinin “Torpaq azad olunsa” və “Vətən oğulları” şeirlərində bu hisslər qabarıq verilir. Aprel döyüşləri hər birimizin vətənpərvərlik hisslərini, fərəh və qürurunu yüksəltmişdir. Keçən ilin aprelindən bəri çap olunan “Yeni həyat”ın nömrələrində bu ovqat var və davam etdirilir. “Yeni həyat” bu dəst-xəttinə gələcək nömrələrində də sadiq qalacaq, xalqın qələbə inamı ortağı olacaqdır.

     

    Rəsul RZAYEV.

    R.S. Keçən il yazı müəllifi  “Dağlıq Qarabağ Bölgəsinin Azərbacan İcması” İB-nin "Qarabağ: Aprel döyüşü mediyaya nələri öyrətdi?" mövzusunda yazı müsabiqəsinin qalibi olmuşdur.

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    2. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    3. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    4. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    5. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    6. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    7. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    9. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    10. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    11. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    13. 15:46 Masallı DAİM-də dəyirmi masa
    14. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    15. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    16. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    17. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    18. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    19. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    20. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    22. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    23. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    25. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    26. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    27. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    28. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    29. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    30. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    31. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    32. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    33. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    34. 23:30 22 iyul Milli Mətbuat günü
    35. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    36. 23:00 22 iyul Milli Mətbuat Günü 
    37. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    38. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    39. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    40. 11:06 Azərbaycan mətbuatı – 150
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ