• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şəhid Araz Seyfullayevin doğum günü

    Şəhid Araz Seyfullayevin doğum günü


    Masallı rayonunda “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi Araz Seyfullayevin doğum günü qeyd olunub.

    Tədbir I Qarabağ müharibəsi şəhidi Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində keçirilib.

    Anım mərasimində məktəbin müəllim və şagirdləri, şəhid Araz Seyfullayevin ailə üzvləri, eləcə də digər şəhid ailələri,  I və II Qarabağ müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə dövlət himnimiz səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  

    Araz Seyfullayevin qəhrəmanlığından və vətənpərvərliyindən söz açan məktəbin direktor müavini Rahid Məmmədov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev,  “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Masallı rayon filialının sədri Nahid Rəhimov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektorun əməkdaşı Əyyar Burhanov,  I Qarabağ müharibəsi veteranı Səbuhi Səfərov və başqaları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Ordumuzun əsgər və zabitlərinin şücaətindən danışaraq, Vətən uğrunda mübarizənin vacibliyini, Araz kimi tarix yazan qəhrəmanlarımızın uyuduqları məkanın bu gün and yerinə, ziyarət məkanına çevrildiyini diqqətə çatdırıblar.

    Ölkə başçısının rəhbərliyilə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə edən şəhid Araz Seyfullayevin anası Günay xanım, şəhid Cavad İbadovun anası Rəsmiyyə xanım, şəhid Elmir Akifzadənin anası İlhamə xanım tədbirin təşkilatçılarına minnətdarlıqlarını, Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən övladları ilə qürur duyduqlarını bildiriblər.
    Şəhidin təhsil aldığı məktəbin şagirdləri Araza və digər qəhrəmanlarımıza həsr edilmiş vətənpərvər şeirlər və nəğmələr səsləndirib, ədəbi-bədii kompozisiya (çağırışaqədərki hazırlıq rəhbəri Rafiq Abbasovun rəhbərliyilə) nümayiş etdiriblər.
    Sonda şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.


    Qeyd edək ki, Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2018-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbini bitirib. 2019-cu ilin iyulunda çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu il oktyabrın əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılıb.
    A.Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edib. Oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
    Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.
    Respublika Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ