Masallıda gənclər narkomaniyanın zərərləri barədə maarifləndiriliblər
- 5-07-2022, 18:18
- Maraqlı
- 0
- 258
Azərbaycan Respublikasının Gənclər Fondu və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanan tədbirlər planına müvafiq olaraq təlimlər bu dəfə Masallı gəncləri üçün təşkil edilib.
Təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev gənclərə narkomaniyanın zərərləri, narkomaniya ilə mübarizə, həmçinin zərərli vərdişləri olan insanlara dəstək göstərmək və kömək etməyin yollarından söhbət açıblar.
Qeyd olunub ki, tədbirlər planına əsasən, təlimlər mərhələli şəkildə respublikamızın bütün rayonlarında keçiriləcək.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az