• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » DSX: Narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir

    DSX: Narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir


    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin olunması və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

    DSX-nin mətbuat mərkəzindən bildirilib ki, iyulun 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı iki nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

    Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamanı yerə ataraq havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İran İslam Respublikası istiqamətinə qaçıblar.

    Həmin ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bir ədəd bağlamada təxmini çəkisi 5025 qram narkotik vasitə tiryəkə bənzər maddə və 1 ədəd “PULSAR HELİON 2” markalı termal gecəgörmə cihazı aşkarlanaraq götürülüb.

    Avqustun 5-də saat 22:30-da Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb, ərazi qapadılaraq sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılıb.

    Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 23:00 radələrində Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisində “Mercedes-Benz” markalı 10 UD 091 dövlət nömrə nişanlı avtomobilin mühəndis texniki çəpərinin yaxınlığında dayanması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmiş bir ədəd bağlamanı götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

    Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxs ərazidən bağlamanı götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.

    Saxlanılan şəxsin əvvəllər məhkum olunmuş Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Mamedov İlqar Boran oğlu olduğu müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 5780 qram psixotrop tərkibli metamfetamin həbləri və 695 qram marixuanaya bənzər narkotik maddə aşkar olunaraq götürülüb. İlqar Mamedovun saxlanılmasını görən avtomobilin sürücüsü sərhəd naryadının qanuni tələblərinə tabesizlik göstərərək yüksək surətlə ərazidən uzaqlaşıb.

    Hadisə yerindən qaçmış avtomobilin saxlanılması ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə (DİN) məlumat verilib. Nəticədə Masallı rayonu ərazisində DİN-in

    Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən avtomobilin sürücüsü saxlanılıb. Onun 1980-ci il təvəllüdlü əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş Xocavənd rayon sakini Aslanov Anar Yavər oğlu olması müəyyənləşdirilib.

    Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri dаvаm etdirilir.





    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:04 Ziyalı işığında                                                                              
    2. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    3. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    4. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    5. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    6. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    7. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    8. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    9. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    11. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    12. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    13. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    14. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    15. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    16. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    17. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    18. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    19. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    20. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    21. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    22. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    23. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    24. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    25. 19:56 Qalıb Azərbaycan Ordusu
    26. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    27. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    28. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    29. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    30. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    31. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    32. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    33. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    34. 10:00 Peşəkar ordumuz
    35. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    36. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    37. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    38. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    39. 19:02 Ələşrəf Niftiyev 80
    40. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ