Masallıda “Sosial sahibkarlıq” mövzusunda müzakirə
- 28-09-2022, 21:11
- Maraqlı
- 0
- 259
Masallıda gənclərlə “Sosial sahibkarlıq” mövzusunda müzakirə aparılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində keçirilən müzakirə “Policy Lab” layihəsi çərçivəsində baş tutub. Layihənin iştirakçıları Müşfiq Tarıverdiyev və Turab İsayev gənclərə layihə haqqında məlumat verib.
“Sosial sahibkarlıq nədir?”, “Necə sosial sahibkar olmaq olar?”, “Sosial sahibkar olmaq üçün hansı resurslar lazımdır?” kimi mövzular ətrafında keçirilən müzakirə zamanı gənclərin fikirləri dilənilib, qeyd olunmuş mövzularda məlumatlılığı yoxlanılıb.
Sonda iştirakılar arasında “Sosial sahibkarlıq” mövzusunda sorğu keçirilib.
Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az