• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyev parkının sabahı

    Heydər Əliyev parkının sabahı


    Son vaxtlar Masallı şəhərində abadlıq, yenidənqurma tədbirlərinin həyata keçirilməsi ahənglə davam etdirilir. Küçələr asfaltlanır, səkilər qurulur, hasarlar təzə dona bürünür, yeni qazonlarda əkilən gül-çiçəklər, bəzək kolları bir özgə görüntüdə şəhərə bəzək verir. Bu gün görülən abadlıq işlərinin önündə isə  Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda gedir. Burada layihə işləri başa çatanda park qeyri-adiliyi ilə sakinləri, gələn qonaqları özünə cəlb edəcək. Bir sözlə, gözəl və yaraşıqlı parkın gecə-gündüzü göz oxşayacaq, görüntüsü ilə seçiləcək.

    Səhərin gözü açılar-açılmaz parkın abadlığa işıq saçan anları başlayır. Bir tərəfdə tamet düzənlər, başqa tərəfdən qazonlara yer hamarlayanlar, işıq sistemini quranlar işə başlayırlar. Parkdakı texnikalar əl əməyini yüngülləşdirir.  Tamet düzüləcək yola qum-çınqıl tökülür.
    Burada çalışanların yanındayıq. Usta Yaşar Məmmədov əlindəki tamet daşlarını yerə qoyub qumu hamarlayır, sonra təmkinlə yüz ölçüb bir biçərək tametləri simmetrik şəkildə düzür. Həmkarları Rəşad, Fikrət, Elşən də onunla yanaşı gedirlər. İş icraçısı Əfrail Abışov tamet düzülən yolları bizə göstərir:

    -Baxın, necə də abad, yaraşıqlı görünür.

    Aqlay üzlük daşlarını yapışdıranların işi də maraqlı və çətindir. Daş lövhələr əsl memarlıq qaydaları ilə hasarlara yapışdırılmalıdır. İş icraçısı deyir ki, Rüstəm Şahalıyev uzun illərdir ki, bu işin ustasıdır. Neçə-neçə rayonda çalışıb. İş yoldaşı Davud da onunla bir yerdə parkı bəzəyirlər.
    Heydər Əliyev parkının hər tərəfində abadlıq işləri geniş vüsət alıb. MSDES-nin layihə rəhbəri Rəfail Adışov görüləcək işlərdən, parkın gələcək həyatından, gözəl donundan söhbət açır: Burada işlər kompleks şəkildə gedir. Parkın xeyli yerinə tamet üzlüklər döşənəcək, ətrafındakı hasar aqlay üzlüklərlə bəzənəcək. İşıq sistemi bütünlüklə yenilənəcək. Müasir, yaraşıqlı işıq dirəkləri parka xüsusi gözəllik verəcək. Hasarların  üstündə xüsusi məhəccərlər qurulacaq. Yaraşıqlı, rahat oturacaqlar, zibil qabları parka dincəlməyə gələnləri razı salacaq. Fantanlar da dəyişdiriləcək, yeni, zövqoxşayan qurğularla əvəz olunacaq. Parkın girişdən Ulu öndərin abidəsinə kimi olan yolun ətrafında hovuzlar, fəvvarələr parka gələnlərin ruhunu oxşayacaq. Heydər Əliyev mərkəzinin arxasında da yenilik çox olacaq. Burada və parkın digər istiqamətində adamların istirahəti üçün 24 köşk qoyulacaq. Köşklərin arxasında qurulacaq qazonlarda gül-çiçək əkiləcək.

    Layihə rəhbəri danışdıqca parkın sabahkı gözəl görüntüsü gözümün önünə gəlir. Deməli, bu qeyri-adi mənzərə şəhərin ümumi gözəlliyini tamamlayacaq.

    Uğur olsun!






    HƏSƏNAĞA.


    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    2. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    4. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    5. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    6. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    7. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    8. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    10. 12:28 Vətənə xidmətdə keçən ömür
    11. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    17. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    18. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    20. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    22. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    23. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    24. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    25. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    26. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    27. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    28. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    29. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    30. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    31. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    32. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    33. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    35. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    37. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    38. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    39. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    40. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ