Masallıda "Əsas Həyat Bacarıqları" təlimi
- 13-10-2022, 18:22
- Maraqlı
- 0
- 231
Masallıda "Əsas Həyat Bacarıqları" təlim proqramının ilk təlimi keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində keçirilən ilk təlim "Stresin idarə edilməsi" olub.
Təlimçi Məlik Nuriyevin təqdimatında keçirilən təlim zamanı "Stres nədir?", "Stresdən necə qurtulmaq olar?", "Nəfəs texnikası ilə stresi azaltmaq" kimi mövzulardan danışılıb.
Təlimdə enercayzerlər və komanda işləri icra edilib.
Qeyd edək ki, proqram "UNICEF"in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az