• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Həmyerlimiz Ağalar İdrisoğlu yeni vəzifəsinin icrasına başlayıb

    Həmyerlimiz Ağalar İdrisoğlu yeni vəzifəsinin icrasına başlayıb


    Təxminən beş yüz minə yaxın əhalisi olan Sumqayıtın ilk peşəkar dramaturqu, ilk teatr rejissoru, Moskvada  A.V. Lunaçarski adına Dövlət Teatr Akademiyasında rejissorluq təhsili almış, 140-dan çox tamaşaya quruluş vermiş, 15 pyesin, 7 romanın, 10 povestin, 150-dən çox hekayənin, novellanın, pritçanın, 1500-dən çox məqalənin, oçerkin, ressenziyanın, publisistik yazıların müəllifi, şəhərin ilk Əməkdar incəsənət xadimi, SSRİ dramaturqlarının laureatı, “Qızıl Dərviş”, Osman Mirzəyev adına respublika səviyyəli mükafatların sahibi, 1980-ci ildə rəhbərlik elədiyi Sumqayıt Gənclər Xalq Teatrı ilə Feyruz Məmmədovun “Bir  bayarq altında” teatrlaşdırılmış tamaşası ilə Mokvadakı çıxışları zamanı  SSRİ   Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalını  Sumqayıta  gətirən, on il Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının ilk və son bədii rəhbəri və direktoru işləmiş, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu  rejissoru,  Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Teatr Xadimlər İttifaqının yeddi il katibi olmuş, bu İttifaqın 44 ildir ki, üzvü olan, iyirmidən çox bədii, sənədli, publisist kitabların  müəllifi Ağalar İdrisoğlu 1998-ci ildən fəaliyyətə başlayan, respublika səviyyəli, ən aparıcı nəşrlərdən biri - “Azad Azərbaycan” qəzetinin və eyni adlı saytın rəhbəri təyin olunub.

    Böyük ziyalı  1976-cı ildən taleyini Sumqayıtla bağlayıb. Bu şəhərdə ədəbiyyatın, incəsənətin və jurnalstikanın inkişafına böyük  əmək sərf eləyib. O, Sumqayıt və sumqayıtlılar haqda yüzlərlə məqalənin, oçerkin, publisistik yazının müəllifidir. Onun bu şəhər və onun insanlarıyla bağlı üç kitabı işıq üzü görüb. İnanırıq ki, Ağalar İdrisoğlu yeni iş fəaliyyətininin əsasını bir daha doğma Sumqayıta həsr edəcəkdir . Burada  yaşayan qurucu, zəhmətkeş insanlar, onların gördüyü böyük abadlıq işləri haqqında yazıları geniş oxucu kütləsinin ixtiyarına verəcəkdir. Çünki o, bu şəhərlə nəfəs alır.Əsl cəfakeş insan əbəs yerə qeyd etmir ki, “Sumqayıt minlərlə insan kimi mənim də tale şəhərimdir. Bu şəhərin və insanlarının həyatı haqqında yazdıqca çox sevinirəm, qürur  duyuram. Əminəm ki, Sumqayıt tezliklə dünyanın ən aparıcı, ən gözəl, ən baxımlı şəhərlərindən biri olacaq. Buraya çoxlu turist gələcək. O günlər heç də uzaqda deyil. Hazırda əksər insan Bakıda evlərini satıb, bu yaraşıqlı şəhərimizə sakin kimi köçür. Həmçinin xarici ölklərdən də axın edib,  burada məskunlaşmaq qərarına gələnlər də vardır. Əlbəttə, bununla yalnız fərəhlənmək  olar”. Biz də öz növbəmizdə  dəyərli ziyalı  Ağalar İdrisoğlunu yeni vəzifəyə təyinatı münasibətilə təbrik edir, ona yaradıcılıq fəaliyyətində daha böyük uğurlar arzulayırıq! 

    Hörmətli Ağalar İdrisoğlu! Siz çox zəhmətkeş və məsuliyyətli şəxssiniz. Bütün uğurlarınızı  fitri istedadınız, dərin savadınız, səbriniz və böyük səyiniz nəticəsində əldə etmisiniz. Hər zaman məhsuldar çalışmısınız. Və bundan da hədsiz zövq almısınız, mənəvi rahatlıq tapmısınız. Dahilərimizin gözəl kəlamını yada salmaq istəyirəm:  “ Böyük səbri, inamı, iti ağlı, bacarığı, savadı, zəhmətilə  ucalanlar həmişə  o  zirvədə qala bilir və xalqın sevimlisi  olurlar”.  Bu məqsədlə  Siz  də yaradcılığınızdan  ilhamlanıb  yüksəlmisiniz, ürəklərə  yol  tapmağı  bacarmısınız!                  


    İlhamə MƏHƏMMƏDQIZI,
    Azərbaycan Yazıçılar
    və Jurnalistlər Birliklərinin üzvü,
    “Sumqayıt” qəzetinin əməkdaşı.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ