• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Zəngilan şəhəri 2020-ci il 20 oktyabr tarixində işğaldan azad olundu

    Zəngilan şəhəri 2020-ci il 20 oktyabr tarixində işğaldan azad olundu


    Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi.Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra  Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.Zəngilan rayonu şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir.Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
     
    2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyinielan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

     Eyni zanada Zəngilanın işğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır;
     Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur;
      2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanımMehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.
                 
    Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

    Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
       
    İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistikaimkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
                   
    Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.



    Xanım Əliyeva,
    Mahmudavar kənd tam orta məktəbin direktoru




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    2. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    3. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    4. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    6. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    7. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    8. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    9. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    10. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    11. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    12. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    13. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    14. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    15. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    16. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    17. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    18. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    19. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    20. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    21. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    22. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    23. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    24. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    25. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    26. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    27. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    28. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    29. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    30. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    31. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    32. 07:45 Bir ağacda beş cür meyvə...
    33. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    34. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    35. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    36. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    37. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    38. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    39. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    40. 23:30 Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ