• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni  Azərbaycan  partiyası müstəqil Azərbaycanımızın partiyasıdır

    Yeni  Azərbaycan  partiyası müstəqil Azərbaycanımızın partiyasıdır


    1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Çünki müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın yaxşı xatirindədir. Çox ağır, faciəvi illər idi.   Həmin dövürdə iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı.

    O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişlər. Təsis konfransının Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, həmin dövürdə iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir.
               
    Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir.
             
     1990-cı illərdə köklü iqtisadi və siyasi islahatlar zəruri idi. Ancaq o illərdə islahatların hansı istiqamətdə getməsi haqqında müxtəlif fikirlər var idi. Xarici siyasət, onun istiqamətləri ilə bağlı müxtəlif fikirlər var idi. Ulu öndərin müdrikliyi hər bir istiqamət üzrə çox konkret və dəqiq proqramın formalaşmasında çox mühüm rol oynamışdır. Biz bu gün bu yolla gedirik. Bu gün Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Azərbaycanın uğurlu inkişafının təməli məhz o illərdə qoyulmuşdur. Biz o illəri yaxşı xatırlayırıq və müxtəlif istiqamətlərdə humanitar məsələlərin həlli, Azərbaycan dilinin təbliği ilə bağlı ulu öndərin tarixi xidmətləri vardır. Azərbaycan dilini dövlət dili kimi təsdiqləmək məsələləri də məhz onun təşəbbüsü ilə həyata keçirilmişdir. Azərbaycançılıq fəlsəfəsi, ilk növbədə Heydər Əliyevin təşəbbüsü idi və bu ideologiya bütün cəmiyyəti birləşdirir. Bu ideologiya həm tarixə, həm də müasirliyə əsaslanır. Yəni, hər bir istiqamət üzrə möhkəm əsaslar qoyulmuş və biz bu gün bu əsaslar üzərində inkişaf edirik.

    Əlbəttə, Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin bu işlərdə çox böyük zəhməti, rolu olmuşdur. Mən çox şadam ki, partiyamız bu gün də inkişafdadır. Əlbəttə, mən çox sevinirəm ki, partiyamızın sıraları genişlənir. Eyni zamanda, gənc nəslin partiyamıza axını məni çox sevindirir. Yəni, partiyamızın ideyaları, partiya üzvlərinin hərəkətləri, bizim ciddi siyasi məsələlərin həllində rolumuz, eyni zamanda, beynəlxalq nüfuzumuz əlbəttə ki, cəmiyyətimizin üzvlərini partiyaya daxil olmaq üçün həvəsləndirir. Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır.Yaşasın Yeni Azərbaycan Partiyası! Yaşasın Müstəqil Azərbaycan Respublikası!


    Arif Mehdiyev,
    Bədələn kəndi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    2. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    3. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    4. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    5. 13:14 “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN
    6. 09:25 Masallı şəhər ərazi nümayəndəliyinə təyinat
    7. 09:12 AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150
    8. 17:46 AZƏRBAYCANIN AQRAR RESPUBLİKADAN SƏNAYE 
    9. 17:44 “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu”  
    10. 17:42 Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir
    11. 17:41 Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 16:47 Masallının Şərəfə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 09.07.2025
    13. 16:43 Masallının Şərəfə kəndində 09 iyul 2025-ci il tarixdə səyyar qəbul
    14. 16:38 Ələt-Astara avtomobil yolunda təmizlik ənənəsi davam edir
    15. 16:36 Masallı rayonunda kənddaxili yollarda təmir işləri davam etdirilir 
    16. 16:34 Sağlam cəmiyyət və sağlam gələcək naminə”
    17. 22:23 İki əsgərin bir masalı...
    18. 17:23 Masallı rayonunda çəltik əkini
    19. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    20. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    21. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    22. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    23. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    24. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    25. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    26. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    27. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    28. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    29. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    30. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    32. 17:04 Ziyalı işığında                                                                              
    33. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    34. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    35. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    36. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    37. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    38. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    39. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    40. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ