• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Avropa üçün uzun illərin etibarlı tərəfdaşı olan Azərbaycanın enerji  təhlükəsizliyində  rolu və əhəmiyyəti getdikcə artır

    Avropa üçün uzun illərin etibarlı tərəfdaşı olan Azərbaycanın enerji  təhlükəsizliyində  rolu və əhəmiyyəti getdikcə artır

              
     
    Bu gün Avropa ölkələrinin liderləri də təsdiq edirlər ki, beynəlxalq münasibətlərdə yaranmış yeni mühit əvvəlkindən olduqca təhlükəlidir. Yeni dünya düzəninin formalaşması prosesi hazırda son dərəcə gərginliyi ilə seçilən mərhələyə qədəm qoub. Bu səbəbdən indi təkcə Avropa deyil, dünyanın digər bölgələri də müxtəlif təhlükələrlə üz-üzədir. Aydındır ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanı hazırda daha çox narahat edən problem enerji təhlükəsizliyi ilə bağlıdır. Yaranmış vəziyyətdə əksər Avropa ölkələri yeganə çıxış yolunu enerji təhcizatının şaxələndirilməsində görürlər. Təbii ki, belə olan vəziyyətdə Avropa üçün uzun illərin etibarlı tərəfdaşı olan Azərbaycanın əhəmiyyəti dəfələrlə artmış olur. İlk növbədə Cənub-Şərqi, Şərqi və Mərkəzi Avropa ölkələri Azərbaycanla bu sahədə əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərirlər ki, bu da həmin ölkələrin coğrafi yerləşmələri ilə bağlıdır. O cümlədən Macarıstan hazırda Azərbaycanla əlaqələrinin artıq strateji səviyyəyə keçirilməsi istiqamətində addımlar atır. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 30-da Macarıstana etdiyi səfər də məhz ölkələrimiz arasında yeni formatda tərəfdaşlıq əlaqələrinin növbəti səviyyəyə qaldırılması və möhkəmləndirilməsi məqsədi daşıyırdı. Aparılan müzakirələr, imzalanan sənədlər bunu deməyə əsas verir ki, ölkələrimiz arasında bir çox mühüm, strateji məsələlərə dair bütün Avropa üçün önəmli olacaq razılaşmalar əldə edilib. Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığa dair sənədlərin imzalanması ölkələrimiz arasında uzun müddətdən bəri mövcud olan səmimi dostluq münasibətlərinə əsaslanıb: Məlumdur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi hər zaman beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək veriblər. Lakin bu münasibətlər hazırda tamamilə yeni mahiyyət kəsb etməyə başlayıb. Cənab Prezident İlham Əliyevin Budapeştdə mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Uzun illər ərzində aparılan uğurlu siyasət, birgə atılan addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaradıb. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. 

    Artıq iki ildir ki, Azərbaycan bu müasir enerji infrastrukturu ilə Avropaya öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənəd isə bu əməkdaşlığın perspektivlərini daha da genişləndirdi. Faktiki olaraq bu gün ilk növbədə məhz Azərbaycanın səyləri nəticəsində NABUKKO layihəsi yenidən canlandırılıb. Hansı ki, təxminən on il bundan əvvəl həm Azərbaycan, həm də Macarıstan bu layihənin reallaşması üçün kifayət qədər çalışırdılar. Lakin o zaman enerji böhranı Avropa üçün hələ mücərrəd bir təhlükə idi. Bu səbəbdən də NABUKKO layihəsi təxirə salındı. Lakin bu gün artıq vəziyyət köklü şəkildə dəyişib. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, oradan Rumıniyaya, sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

    Ölkəmizin yaşıl enerji potensialına Avropa ölkələrinin marağının əhəmiyyətini vurğulayaraq bunları deyib: Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Əlbəttə ki, ölkəmiz bu imici ilk növbədə uzun illər ərzində cənab Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, praqmatik xarici siyasət, o cümlədən uğurlu enerji siyasəti sayəsində əldə edib. Ölkəmizin zəngin neft-qaz resursları isə imkan verir ki, uzun illər bundan sonra da, həmçinin təbii qazla bağlı ən azı yüz il bundan sonra Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olaraq qalsın. Digər tərəfdən də ölkəmizin sahib olduğu böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda bu istiqamətdə ilkin addım atılacaq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcək.

     Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında ifadə etdiyi fikirlərin önəmini qeyd edib: Bu gün Azərbaycanın dünyada nüfuzunun getdikcə artması, ən mötəbər beynəlxalq təsisatlarda mövqelərinin möhkəmlənməsi birmənalı olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin həm yürütdüyü uğurlu siyasətlə, həm də beynəlxalq aləmdə malik olduğu şəxsi nüfuzu ilə təmin olunur. Bunu Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev barədə dediyi sözlər də bir daha təsdiq edir: Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.” Bu sözlər həmçinin onu da təsdiq edir ki, Azərbaycan bu gün Avropaya təkcə enerji resursları ixrac etmir. Ölkəmiz həm də müasir dünyada beynəlxalq əlaqələrin necə qurulmasına dair, həmçinin mürəkkəb vəziyyətlərdə ölkənin necə düzgün idarə olunmasına dair örnək nümunələr də təqdim edir və biz bununla fəxr edirik.  

     

    Fərəcov Natiq
    Həsənli kənd sakini

     
    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    2. 10:00 Peşəkar ordumuz
    3. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    4. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    5. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    6. 19:02 Ələşrəf Niftiyev 80
    7. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    9. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    10. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    11. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    13. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    14. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    15. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    16. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    17. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    18. 23:30 Tarixi qələbəyə aparan yol
    19. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    20. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    21. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    22. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    23. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    24. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    26. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    27. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    28. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    29. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    30. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    32. 11:31 Masallıda Qurban bayramı - 2025
    33. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    34. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    35. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    36. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    38. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    39. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    40. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ