• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Narkomaniyaya və erkən nigaha yox deyək!” mövzusunda şagirdlərlə maarifləndirici görüş

    “Narkomaniyaya və erkən nigaha yox deyək!” mövzusunda şagirdlərlə maarifləndirici görüş


    07.02.2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin,  Masallı rayon Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun, “Masallı Gənclər evi” SXM-nin, birgə təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nigaha yox deyək!” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib.

    Tədbiri giriş sözü ilə açan N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova, çıxış edərək tədbir iştirakçılarını və gələn qonaqları salamlamış, sonra isə Vətən uğrunda Şəhid olmuş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Çıxış üçün ilk çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev bildirmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün "Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

    Sonra isə Masallı RİH başçısının müavini Aybəniz Qafarova, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışımışlar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.

    Daha sonra Masallı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru polis kapitanı, Samid Əliyev narkotik vasitələrin səbəb olduğu fəsadlar haqqında danışımış və acı təsirləri barədə videoçarx şagirdlərə, təqdim olunmuşdur.

    Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı sorğu keçirilmişdir.






    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    2. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    3. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    4. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    5. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    6. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    7. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    8. 16:08 Masallıda taxıl biçini başa çatdı
    9. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    10. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    11. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    12. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    13. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    14. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    15. 13:14 “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN
    16. 09:25 Masallı şəhər ərazi nümayəndəliyinə təyinat
    17. 09:12 AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150
    18. 17:46 AZƏRBAYCANIN AQRAR RESPUBLİKADAN SƏNAYE 
    19. 17:44 “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu”  
    20. 17:42 Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir
    21. 17:41 Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 16:47 Masallının Şərəfə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 09.07.2025
    23. 16:43 Masallının Şərəfə kəndində 09 iyul 2025-ci il tarixdə səyyar qəbul
    24. 16:38 Ələt-Astara avtomobil yolunda təmizlik ənənəsi davam edir
    25. 16:36 Masallı rayonunda kənddaxili yollarda təmir işləri davam etdirilir 
    26. 16:34 Sağlam cəmiyyət və sağlam gələcək naminə”
    27. 22:23 İki əsgərin bir masalı...
    28. 17:23 Masallı rayonunda çəltik əkini
    29. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    30. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    31. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    32. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    33. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    34. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    35. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    36. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    37. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    38. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    39. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    40. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ