• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycandan Türkiyəyə qardaş dəstəyi

    Azərbaycandan Türkiyəyə qardaş dəstəyi


    Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici şəxsi heyəti və Müdafiə Nazirliyinin hərbi tibb personalı fəal şəkildə çalışır. Türkiyədə baş vermiş dəhşətli zəlzələni Azərbaycan dövləti və xalqı öz kədəri, öz dərdi kimi qəbul edib. Xalqımız bunu sözdə deyil, əməli olaraq, könüllü şəkildə nümayiş etdirir. Qürur duyulası haldır ki, Azərbaycan qardaş türk xalqına ilk dəstək verən dövlətdir. Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın operativ şəkildə dəstək göstərib. Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
                 
    Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən zəlzələnin baş verdiyi ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici şəxsi heyəti və Müdafiə Nazirliyinin hərbi tibb personalı fəal şəkildə çalışır. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın bütün bölgələrindən insanlar dayanmadan evlərindən yardım mərkəzlərinə yardımlar aparırlar.      
     Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.Azərbaycandan Türkiyəyə qardaş dəstəyi davamlı olacaq. Necə deyərlər, xalqımız bu gün bir tikə çörəyini belə, Türkiyədə zəlzələdən əziyyət çəkənələrlə bölməyə hazırdır. İnsalarımız böyük qürur hissi ilə Türkiyəyə geyəcək paltarlar və yeyəcək qidalar göndərirlər. Hətta ucqar dağ kəndlərindən belə, həmvətənlərimiz dəstəklərini nümayiş etirirlər. Hazırda bu yardımları qablaşdırmaq üçün yüzlərlər könüllü çalışır. Bu gün minlərlə könüllü Azərbaycandan Türkiyəyə getmək üçün hazıdır. Fevralın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib ki, onların bu gün buraya gəlməməyinin tək bir səbəbi ondan ibrətdir ki, bu, çox çətin əməliyyatdır: “Həddindən artıq çox insanın bir yerə toplaşması o demək deyil ki, dərhal onlar bir işə töhfə verəcəklər. Yalnız bu səbəbdən könüllülərin zəlzələ bölgəsinə planlı şəkildə gəlməsi üzərində iş gedir. Bu gündən etibarən Azərbaycandan olan könüllülər də hissə-hissə Türkiyəyə gələcək, onlar da bu əməliyyatlara qatılacaqlar”.
                     
    Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib: “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.Türkiyə iqtisadi və mənəvi baxımdan böyük, güclü dövlətdir. İnanırıq ki, qardaş dövlət bu dəhşətli faciənin öhdəsindən şərəflə gələcək. Türkiyə xalqı yenə də ayaqda qalaraq bütün çətinliklərə qalib gələcək. Azərbaycan xalqı da başda Prezident İlham Əliyev olmaqla bu çətin günlərdə də Türkiyənin yanındadır. Əminik ki, iki qardaş dövlət daima tərəqqiyə doğru irəliləyəcək.Tanrı Türk xalqına güc, səbr və parlaq gələcək nəsib etsin. Yaşasın, Türkiyə-Azərbaycan birliyi və qardaşlığı!



    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:23 İki əsgərin bir masalı...
    2. 17:23 Masallı rayonunda çəltik əkini
    3. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    4. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    5. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    6. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    7. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    8. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    9. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    10. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    11. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    12. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    13. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    14. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    16. 17:04 Ziyalı işığında                                                                              
    17. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    18. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    19. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    20. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    21. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    22. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    23. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    24. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    26. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    27. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    28. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    29. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    30. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    31. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    32. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    34. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    35. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    36. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    37. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    38. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    39. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    40. 19:56 Qalıb Azərbaycan Ordusu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ