• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Baş ucaldan oğul


    Vətən müharibəsi döyüşçüləri

    Doğma torpaqlarımızı erməni vandallarından azad etmək uğrunda canlarını qurban verən oğullarla fəxr edirik. Müdriklərdən biri deyir ki, harda şəhid qanı tökülübsə ora Vətən torpağıdır. O torpaq müqəddəsdir. Torpaq – uğrunda ölən varsa Vətəndir. Bu Vətən uğrunda ölüm-dirim mübarizəsinə qalxdılar, ölümün gözünə baxa-baxa irəlilədilər. Füzulini, Cəbrayılı, Xocavəndi, Zəngilanı, Qubadlını, Laçını ... ölkəmizin musiqi beşiyi olan, qartal baxışlı, gözəl Şuşanı aldılar. Tarix yazdılar, qəhrəmanlıq, igidlik tarixi. Dünyanın hərb tarixində görünməyən tarix. Şəhid versələr də bir addım geri çəkilmədilər.

    Ölkəmizin şücaətlə başa vurduğu Vətən müharibəsində Masallı gənclərinin qəhrəmaanlığının da öz fəxarətli yeri var.

    Bu yazıda onlardan birini oxuculara təqdim edirəm. Şəkildə gördüyünüz bu igid cüssəli, sinəsi medalla dolu, qartal gözlü gənc Masallının Lürən kəndindəndir.

    Döyüş yolundan əvvəl ömür yoluna işıq salmaq istəyirəm. 1997-ci il avqustun 28-də dünyaya göz açıb. Zəhmətkeş, ziyalı bir ailədə boya-başa çatıb. Bu evdə dünyaya gələn üç oğul övladından sonuncusudur. 2003-2014-cü illərdə Lürən kənd orta məktəbində təhsil alıb. 2015-ci ildə Vətənə hərbi borcunu verməyə gedib, Aprel döyüşlərində iştirak edib. Müharibənin barıt qoxusunu, zəhmli silahların səsini orada hiss edib. Od-alovu gözü ilə görən Elşən Tovuzda Vətən torpağından pay olmadığını yəqinləşdirib. Odur ki, Aprel döyüşlərində artilleriya ilə düşmən mövqelərini darmadağın etməyi bacarıb. Xüsusi təyinatlı dəstənin ən fəal əsgəri kimi tanınıb.

    Hərbi xidmətini başa vurub kəndə qayıdan Elşən Babayev Ali Baş Komandan qismən səfərbərlik elan edəndə o, yenidən səfərbərlik və hərbi çağırış üzrə rayon bölməsinə gələrək orduya yazılmış və 196 nömrəli hərbi hissənin tərkibində əlahiddə tabur dəstəsinə ezam olunub. 052 saylı xüsusi təyinatlı dəstədə Murovdağ silsiləsində bir sıra yüksəkliyin azad edilməsində fərqlənib. Onun möhtəşəm, qorxmaz, Vətən eşqi ilə od-alovlu döyüş yolu alqışa layiqdir. Sonra bu qanlı-qadalı yol Xocavənddən başlayıb Şuşada zəfərlə başa çatıb. Daşaltı əməliyyatında yaralanıb. Qısa müalicədən sonra bu yolu yenidən davam etdirib. Məramı bu olub ki, miskin, lakin məkrli düşmənin Şuşadan çıxarılmasında onun da öz payı olsun. Buna da nail olub. Şuşa şəhərinin işğaldan azad edilməsində hazırlanan mürəkkəb əməliyyatın uğuruna imza atıb. Tuğda, Topxanadakı döyüşlərdə də şücaətini göstərib.

    İndi igid Elşənin sinəsini “Hərbi xidmətdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları onun döyüş yoluna işıq saçır. Bu gün şücaətli əsgərin atası Nurəddin Babayev oğlunun döyüş yolu ilə qürur duyur.

    Gəncliyində Göyçay şəhərində təhsil aldığı zaman könül bağladığı Fəridə xanımla üç oğul övladını ərsəyə çatdırmış, onları əsl vətənpərvər ruhda böyütməyə nail olmuşdur. Evin ilk övladı Hikmət Tovuz döyüşlərinin iştirakçısıdır. Leytenant Hikmət bu döyüşlərdə neçə-neçə Fəxri fərmana layiq görülmüşdür. İki övladı Nurəddini baba deyə çağırır.

    Fərid isə hərbi xidmətini Sərhəd qoşunlarında başa vurub. Ömür-gün yoldaşı Fəridənin 6 qardaşı Vətəni düşmənin işğalından qorunmasında iştirak edib. Qardaşı Şəmsi Birinci Qarabağ döyüşlərində şəhid olub. Fəridə xanım deyir ki, bacı kimi, ana kimi qürur duyuram ki, qaraşlarım, oğullarım həmişə başımızı uca ediblər. Övladlarım da mənfur düşməni Qarabağ torpaqlarından qovmaq üçün Vətənin çağırışına vaxtında səs veriblər. Qürur duyuram ki, Elşən oğlum Şuşanın alınmasında igidlik göstərib, Vətən qarşısında başımızı uca edib.

    Viləşçay dəryaçısı idarəsində çalışan Nurəddin Babayev redaksiyamızda olarkən oğlu Elşənin Vətən müharibəsindəki döyüş yolundan fəxrlə danışdı. Hər dəfə sinəsindəki medallara baxıb deyirəm: Sağ ol, Elşən, hər yerdə bizə başucalığı gətirən oğul. Şəhidlərimizin qisasını aldığın üçün qəlb rahatlığı keçirirəm, deyirəm, zəhmətim sənə halal olsun.


    HƏSƏNAĞA

    "Yeni həyat" qəzeti,
     www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ