• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması"

    "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması"


    Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından Münhen Təhlükəsizlik Konfransı böyük önəm daşıyır. Budəfəki konfrans çərçivəsində də Prezident İlham Əliyevin "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı xüsusi diqqət çəkdi. Zaman-zaman Azərbaycanın ünvanına söylənən qərəzli və ikili standartlara söykənən fikirlərə bu iclasda da rast gəlindi. Lakin Prezident İlham Əliyevin dəqiq, əsaslı arqumentləri bütün qərəzli yanaşmalara tutarlı cavab oldu.İlham Əliyev əsaslı arqumentlər və faktlarla erməni tərəfini susdurdu. Münhen Təhlükəsizlik Konfransı mühüm beynəlxalq platforma olduğunu və missiyası davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək olduğunu vurğulamışdır.
                   
    Prezident İlham Əliyevin konfransa dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı "dəyirmi masa"-da iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən "Cənub qaz dəhlizi"-nin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqli 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur".
       
    Ən vacib məqamlardan biri də konfrans çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas oldu. Prezident İlham Əliyevin dediyi kimi, bu, tarixi görüşdür, çünki ilk dəfədir Cənubi Qafqazın üç ölkəsinin lideri görüşürdü.
       Dövlət başçısının Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdiyini bildirən deputat dedi ki, Prezident Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və   Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın  Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin tam təmin edildiyini bir daha bəyan etdi.
         
     "Biz xatırlayırıq ki, 2020-ci ilin fevral ayında Münhendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının arqumentləri, səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Budəfəki panel iclasında da cənab Prezident əsaslı arqumentlər və faktlarla erməni tərəfini susdurdu. Torpaqlarımızı BMT Nizamnaməsinin 51-ci fəslinə əsasən azad etdiyimizi deyən dövlətimizin başçısı vurğuladı ki, biz də bu haqqımızdan istifadə etdik".
           
    Prezident İlham Əliyevin Qarabağın erməni əhalisi ilə təmasların yalnız bu torpaqda doğulmuş ermənilərlə olacağını bəyan etdiyini, kənardan göndərilmiş hansısa erməni ilə heç vaxt ünsiyyət qurulmayacağını dediyini xatırladan komitə sədrinin  müavini bildirib ki, dövlətimizin başçısı televiziya kanallarına müsahibəsində Qarabağ haqqında hər hansısa müddəanın qəbuledilməz olduğunu, sülh müqaviləsinin  beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyini şərt kimi diqqətə çatdırıb. "Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham   Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımızın şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi. Bütövlükdə Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın növbəti diplomatik uğuru oldu".
       
    "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Prezident İlham Əliyevin çıxışı Avropa İttifaqının xətti ilə keçirilən üçtərəfli görüşlərin yenidən davam etdiriləcəyini göstərir, amma  Fransa prezidenti Praqada olduğu kimi daha Paşinyana yandaşlıq, arada da "yaddaşlıq" edə bilməyəcək. O qeyd edib ki, Aİ Şurasının prezidenti Şarl Mişellə ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanın bu tələbini anlayışlı qarşılayıblar.
         
    ABŞ Dövlət Departamenti sözçüsünün İlham Əliyev, Blinken, Paşinyan görüşünün nəticələri haqda yazılı açıqlaması bunu təsdiqləyir: "Həmin açıqlamada Laçın yolunun adının çəkilməməsi, əvəzinə Blinkenin "nəqliyyat marşrutlarını açmağa" çağırdığının bildirilməsi rəsmi Vaşinqtonun Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı  tələbinin əsaslı olmasıyla razılaşdığını göstərir. Xatırladaq ki, sözügedən plenar iclasda Paşinyanın iştirakı gözlənilmirdi, görünür o, havadarlarının təkidi ilə ora oturduldu. Amma Ermənistanın baş naziri 3 il əvvəl Münhendə hansı reallıqla üzləşmişdisə, yenə də eynisini yaşadı".
         
    Üç il öncə Prezident İlham Əliyevlə debat zamanı pis vəziyyətə düşməsi Paşinyana qətiyyən dərs olmayıb.  Onun sözlərinə görə, Ermənistanın baş naziri savad   baxımından necə kasad idisə elə də qalıb, yalançılığı və abırsızlığı isə bir az da artıb: "Bu özəllikləri onun zəlzələ ilə bağlı Türkiyəyə xilasedici və daha nələrsə göndərmələri haqda sualı cavablandırarkən və sonrakı açıqlamalarında açıq göründü. Paşinyan  bildirir ki, Türkiyəyə etdikləri jest humanitar xarakterli addım imiş. Ardınca isə belə bir cümlə işlədir: "Siyasi dialoqa gəldikdə, səmimi desəm, zəlzələdən əvvəl bizim aramızda xüsusi elçilər vasitəsilə siyasi dialoq olub". Onun bu cümləsindən belə çıxır ki, öncə dedikləri səmimi olmayıb. Ümumiyyətlə, siyasətçi "səmimi desəm" sözlərini dilə gətirirsə, bununla çox vaxt səmimi danışmadığını ortaya qoyur".
           
    Orada ən böyük zərbəni Fransa prezidenti alıb, çünki Avropada keçirilən üçtərəfli görüşün təşkilatçısı rolunda bütün cəhdlərinə rəğmən, Makronun deyil, ABŞ-nin Dövlət katibi Entoni Blinkenin çıxış etməsi ona həddini və yerini göstərmək idi. "Makron özünü Avropanın "ağsaqqal"ı kimi apara, bəziləri onun bu davranışlarına göz yuma, kimlərsə Fransa prezidentinə o arzuladığı kimi yanaşa bilər, amma bunlar Azərbaycan üçün keçərli deyil. Azərbaycan üçün Fransa, sadəcə, Ermənistanın "böyük bacısı"dır və rəsmi Paris indiki siyasətini davam etdirdiyi müddətdə elə də qalacaq.


     
    Xanım Əliyeva,
    Masallı rayonu Mahmudavar kənd tam orta məktəbin direktoru




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ