• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Novruz bayramı


    Yurdumuza bahar gəlir. Bahar gəlişi ilə elimizə,obamıza təravət gətirir.Bu təravət bizim ruhumuzu isidir,bizə sevinc bəxş edir.İnsanlar bahar fəslini çox sevirlər. Çünki bu fəsildə hamımızın şıltaq uşaq sevinci ilə gözlədiyimiz bir bayramı qarşılayırıq .
                 
    Novruz bizə ən əziz,ən doğma bayramdır.Bu bayram bir çox adətləri ilə yadda qalıb.Novruzun gəlişi evlərimizə sevinc,şadlıq gətirir.Küsülülər barışır.Hamı istəyir ki,bayramı daha yaxşı,fərəhlə qarşılasın.Ona görədə hər evdə xüsusi novruz hazırlıqları gedir.Növbənöv,bir-birindən ləzətli yeməklər,şirniyatlar hazırlanır,xonçalar bəzənir,bolluq rəmzi olan səməni cücərdilir
                 
    Novruzda yaddaqalan adətlərdən biri də çərşənbələri qeyd etməkdir.Hər çərşənbə  özünəməxsus şəkildə qeyd olunur. Adəti üzrə od çərşənbəsində tonqal qalanır , xal tonqal başına toplaşaraq odun üstündən atılaraq ağırlıqlarının köhnə ildə qalmasını diləyirlər,digər bir adətə görə isə evlərə papaq atılır,qapı pusulur,qızlarımız qulaq falına çıxırlar.
                 
    Novruz yeni gün deməkdir. Baharın ilk günüdür.Həmçinin bu bayram halallıq, bolluq, təmizlik bayramıdır.Novruza hələ bir ay qalmış insanlar təmizlik işləri görürlər. Bayrama hazırlıq hər bir evdı duyulur.Novruz adətlərindən biri də bayram axşamı hər kəsin evində olmasıdır. Deyilənə görə,əgər Novruzun ilk günündə evində olmasa yeddi il evindən uzaq düşürsən. Novruz bayramının maraqlı atributlarından biri də Keçəl və Kosadır.Bir-biri ilə yola getməyən Kosa ilə Keçəl bayrama xüsusi maraq qatır.
                 
    Novruzun milli bayram kimi keçirilməsinə görə 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.Bu bayram ölkəmizdə  geniş miqyasda keçirildiyi kimi,digər ölkələrdə də,Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.
                   
    Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".
                 
    Maraqlıdır ki,Novruz bayramına aid şeirlər,mahnılar uşaqlar tərəfindən sevilə-sevilə oxunur,el şənlikləri təşkil olunur. Kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirirlər,adlarını şəkdiyimiz Kosa və Keçəl komik tamaşalar göstərirlər.Kosa qışı,Keçəl isə yazı simvolizə edir.Kənd yerlərində bir-birindən maraqlı yarışlar təşkil olunur.
               
    İllərlə Azərbaycan xalqının bir arzusu olmuşdur. Novruzu işğal altında olan torpaqlarda qeyd etmək. Artıq böyük qürür və fərəh hissi ilə biz bayram tonqalını 30 ildən sonra Şuşada  yandıra bildik. 44günlük Vətən müharibəsindən üzüağ çıxan ordumuz və Ali Baş Komandanımız İlham Əliyevin apardığı uğurlu siyasətinin nəticəsində Xalqımız bu sevinci yaşadı.
       

    Bayramınız mübarək,əziz xalqım!      


    Ülvi Rufullayev,
    Binə Xocavar kəndi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ