• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 31 Mart soyqırımının tanıdılmasında Heydər Əliyevin rolu

    31 Mart soyqırımının tanıdılmasında Heydər Əliyevin rolu


    Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Masallı nümayəndəliyi, Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cənub Regional Mərkəzi, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar “31 Mart soyqırımının tanıdılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirildi. Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, gənclər, İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi.

    Əvvəlcə ümummilli lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva  Azərbaycanlılara qarşı ermənilərin iki əsr davam edən  düşünülmüş, planlı sürətdə həyata keçirildiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri  və bu faciələrin nəticəsində günahsız azərbaycanlıların kütləvi sürətdə qətlə yetirilməsindən geniş danışdı. O, azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılması, soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini alaraq , 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqətini bu faciəyə cəlb edilməsində gördüyü böyük işlərdən də danışdı.

    Sonra Ombudsmanın  Cənub Regional Mərkəzinin məsləhətçisi Mirkamran  Mənsimli, Dini Qurumlar iş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, Masallı Dövlət Rəsm Qalereyasının direktor işini icra edən Təhmasib Məcidov çıxış edərək vaxtaşırı olaraq hər bir soyqırım ildönümü ərəfəsində bu mövzuya qayıdırıq  tarixdən nəticə çıxarmağın vacibliyindən danışdılar. Natiqlər  gələcəkdə belə hadisələrin baş verməməsi üçün qabaqlayıcı addımlar ataraq, soyqırım məsələsinin tanınması, təbliğatı işində fəaliyyətini gücləndirməlidir.  Əgər biz bu məsələlərlə bağlı dünya səviyyəsinə çıxırıqsa, daxili auditoriyanı kifayət qədər məlumatlandırmalıyıq. Biz dünya səviyyəsinə soyqırımlarla deyil, tariximizlə, mədəniyyətmizlə çıxmalıyıq. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlərə əsil soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməsindən ötrü hər bir azərbaycanlı bacardığı qədər bu hadisələri unutmamalı və humanist olduğumuz qədər haqqı tələb etməyi bacarmalıyıq söylədilər.

     Daha sonra gənc könüllü Əmrah Abışov  gənclərimizi müasir  Azərbaycanın inkişafı, tanıdılması, tariximizdə gizli qalan həqiqətlərin tanıdılıb, təbliğ edilməsi işində aktiv olmağa çağırış etdi.

    Yekunda tədbir iştirakçıları muzeydə “31 mart soyqırımı “ adlı foto sərgi ilə tanış olaraq, xatirə şəkilləri çəkdilər.





    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    2. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    3. 23:30 Tarixi qələbəyə aparan yol
    4. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    5. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    6. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    7. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    8. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    9. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    11. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    12. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    13. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    14. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    15. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    16. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    17. 11:31 Masallıda Qurban bayramı - 2025
    18. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    19. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    20. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    21. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    23. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    24. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    25. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    26. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    27. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    28. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    29. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    30. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    31. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    32. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    33. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    34. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    35. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    36. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    37. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    38. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    39. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    40. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ