• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyevin cəmiyyətin özəyi olan ailəyə verdiyi dəyər                          

    Ulu Öndər Heydər Əliyevin cəmiyyətin özəyi olan ailəyə verdiyi dəyər                          

                                                                                                                                                         Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır.Bu baxımdan, əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, ər-arvad və valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Məsuliyyətin ağırlığı əsasən qadının çiyinlərinə düşür.
    Qadının dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını milli xüsusiyyəti güzəştə getmək bacarığı, fədakarlığı ilə Avropa qadınından çox fərqlənir. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Millətimizə xas olmayan yad ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Ailə münasibətlərində arzuolunmaz transformasiyalar baş verir. Cəmiyyət, hər bir vətəndaş bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün gücçalışmalıdır.
    Ailə qurmaq da, dağıtmaq da asandır, lakin onu həyatın sınaqlarından keçirib  yaşatmaq çətin və şərəfli vəzifədir. İnsan həyatının mühüm mərhələlərindən olan evlilik mahiyyət və keyfiyyət etibarilə həm də ciddi məsuliyyət tələb edir. Ailənin parçalanması ruhi və ictimai dəyşikliklərə səbəb olur.

    Respublikamızı ilk müsdəqillik illərində ailə dəyərləri və onun qorunmasına dair qanunvericilik bazasının az olması, xarici amillərin təsiri və ailə bütövlüyünün qorunması təbliğinin olmaması ailə daxili münaqişələrin yaranmasına və boşanmalara gətirib çıxarırdı.Həmin dövürdə ailə təşkilatının formalaşmasında dövlət dəstəyi indiki vaxtdan daha çox əhəmiyyət kəsb edirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahədə əsaslı dəyişikliklər gətirərək ailələrin dövlətin himayəsinə götrülməsi bazası işlənib hazırlandı.

    Bu il dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcəkdir. 100 illik yubiley qeyd erilərkən Ulu Öndərin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə o vaxtın ağır dövründə tarixi ənənələrə söykənən ailə dəyərlərinə verdiyi töhfələri xatırlamadan keçmək mümkün deyil.

    Xalqımızın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi Lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən ailə, uşaq və dövlət münasibətlərinin milli dəyərlərə söykənərək inkişafına rəvac verdi.

    Ulu Öndər Heydər Əliyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə söykənən ailə, uşaqlar və dövlət cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsinə götürüldü. Ailədə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək də valideynlərə dövlətin dəstəyi və qayğısı ön plana çəkildi.

    Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində ailə Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi dövlətin milli inkişafında mühüm rol oynamışdır. Bu da həmin dövürdə ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir.

    Həmin dövrdə respublikamızın gələcək inkişafı nəzərə alınmaqla milli və tarixi dəyərlərimiz nəzərə alınmaqla ailə münasibətlərinin hüquqi tənzimlənməsini həyata keçirən, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən əsas sənədlərdən biri 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsidir.

    Qəbul olunmuş qərarda vailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailə işinə hər kəsin qarışmasının yolverilməzliyindən, onların qarşılıqlı yardım və məsuliyyətindən, həmçinin hüquq və vəzifələrinin maneəsiz həyata keçirilməsi göstərildi. Nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilməsi tam təmin olundu.
    Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquq islahatları çərçivəsində sağlam ailə qurulması pirinsipinə uyğun olaraq ailə və mülki sahənin formalaşmasına öz töhvəsini verməkdədir. Sağlam ailənin qurulması və genetik və irsi xəstəliklərin qarşısının alınması, qurulan ailədə dünyaya gələcək körpələrin sağlamlığı nəzərə alınaraq nikaha daxil olmaq istəyən şəxslərin dövlət və bələdiyyə tibb müəssisələrində tibbi müayinədən keçmələri ilə bağlı 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında”  Qanun təsdiq edilib və 1 iyun 2015-ci il tarixdən qüvvəyə minib. Qanuna əsasən nikaha daxil olan şəxs müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçir.
         
     Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi kimi ailə qurmaq istəyən şəxslərin sağlam ailə bünövrəsi qurmaları üçün üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetrməyə çalışırıq.



    Rabi İSAYEV,
    Masallı regional “ASAN xidmət” mərkəzi
    Qeydiyyat şöbəsinin rəisi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    2. 10:00 Peşəkar ordumuz
    3. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    4. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    5. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    6. 19:02 Ələşrəf Niftiyev 80
    7. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    9. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    10. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    11. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    13. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    14. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    15. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    16. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    17. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    18. 23:30 Tarixi qələbəyə aparan yol
    19. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    20. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    21. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    22. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    23. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    24. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    26. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    27. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    28. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    29. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    30. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    32. 11:31 Masallıda Qurban bayramı - 2025
    33. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    34. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    35. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    36. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    38. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    39. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    40. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ