• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Zərifə Əliyeva - 100 Azərbaycan oftalmologiya elmi məktəbinin banisi

    Zərifə Əliyeva - 100 Azərbaycan oftalmologiya elmi məktəbinin banisi



    Görkəmli elm xadimi, Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Azərbaycan Milli Elmlər Akademiyası akademik Zərifə xanım Əliyevanın yubileyini onun təbabətin inkişafı sahəsindəki böyük xidmətlərinin elmi cəhətdən qiymətləndirilməsi ilə yanaşı, Azərbaycan tibb elminin inkişaf etdirilməsinə verdiyi böyük töhfələrlə əlaqədar olaraq həm də müasir dövrdə elmin təntənəsi səviyyəsində qeyd edir.

    Akademik Zərifə xanım Əliyeva şərəfli və mənalı bir həyat yolu keçmişdir. O, Azərbaycanın görkəmli dövlət xadimi və elm xadimi Əziz Əliyevin ailəsində mükəmməl tərbiyə məktəbi keçmiş, Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda yüksək səviyyədə ali təhsil almışdır. Praktik göz həkimi kimi fəaliyyətə başlayan Zərifə xanım Əliyeva həm də ardıcıl olaraq elmi fəaliyyətlə məşğul olmuş, aktual mövzularda namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş, elm sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının akademiki səviyyəsinə qədər yüksəlmişdir. O, keçmiş Sovetlər İttifaqı miqyasında və onun hüdudlarından kənarlarda tibb elminə mühüm yeniliklər gətirmiş görkəmli elm xadimi kimi tanınmış və qəbul olunmuşdur.

    Akademik Zərifə xanım Əliyevanın fəaliyyəti çoxcəhətli olub, tibb elminin, həkimlik peşəsinin və ictimai fəaliyyətin müxtəlif sahələrini əhatə edir. Məşğul olduğu sahələrin hər birində o, yüksək professionallıq və Azərbaycan xalqına məxsus olan əsl vətəndaşlıq nümunəsi göstərmişdir.
    Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Azərbaycan tibb elmi uzun illər ərzində əsasən müalicə, terapiya və cərrahiyyə sahələri üzrə ixtisaslaşmışdır. Ölkəmizdə neyrologiya, göz xəstəlikləri, onkologiya və sair kimi istiqamətlər üzrə həm təbabət elmi, həm də müalicə işi XX əsrin altmışıncı-yetmişinci illərindən etibarən inkişaf etməyə başlamışdır. Xüsusən oftalmologiya bu dövrdə nisbətən geridə qalmış sahələrdən biri idi. Məhz görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın səmərəli elmi və praktik fəaliyyəti ilə Azərbaycan göz xəstəlikləri sahəsində ilkin tibbi müalicələr aparan respublikadan inkişaf etmiş əsas elmi-tibbi mərkəzlərdən birinə çevrilmişdir.

    Zərifə xanım Əliyevanın həkim kimi səmərəli və yorulmaz fəaliyyəti sayəsində göz xəstəlikləri üzrə Azərbaycandan digər müttəfiq respublikalara getməyə məcbur olan xəstələrin axını dayandırılmışdır. Zərifə xanım Əliyeva geniş yayılmış göz xəstəliklərinin, traxomanın müalicəsi üçün regiondan paytaxta axının da qarşısını almışdır. Onun rəhbərliyi ilə traxoma üzrə ixtisaslaşmış həkim heyətləri Azərbaycanın regionlarına gedərək yerlərdə xəstələrə lazımi yardımlar göstərmişdir. Zərifə xanım Əliyevanın başçılıq etdiyi həkim heyətləri Gəncə şəhəri, Əli Bayramlı (indiki Şirvan - İ.H.) və Salyan rayonlarında mütəşəkkil surətdə traxoma ilə mübarizənin əsl nümunəsini göstərmişlər. Onun traxoma ilə mübarizə aparan tibb briqadasının Bakı şəhərində və kəndlərində, Abşeron rayonunda və digər rayonlarda apardıqları müalicə işləri minlərlə insan tərəfindən yüksək minnətdarlıqla qarşılanmışdır. Bundan başqa, akademik Zərifə xanım Əliyeva ilk dəfə olaraq Bakı şəhərinin sənaye müəssisələrində göz xəstəliklərinin müalicəsini və araşdırılmasını aparan xüsusi bir laboratoriya yaratmış və bu yolla istehsalat sahəsi ilə təbabət elmi arasındakı baryeri də aradan qaldırmışdır. Beləliklə, Zərifə xanım Əliyeva özünün fədakar zəhməti ilə xalqın gözü önündə əsl xalq həkimi adını və nüfuzunu qazanmağı bacarmışdır.

    Akademik Zərifə xanım Əliyeva keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda oftalmologiya elminin yeni bir sahəsini -peşə xəstəlikləri elmi istiqamətini yaradan elm xadimi kimi qəbul edilir. Akademik Zərifə xanım Əliyevanın peşə xəstəliklərinə həsr olunmuş qiymətli elmi əsərləri oftalmologiya elmində əsl peşəkarlıq, professionallıq nümunəsi olan nəzəri-praktik təlimdir.  O, xüsusən kimya sənayesi kimi göz xəstəlikləri üçün həssas olan istehsalat müəssisələrində apardığı təcrübələr əsasında yaranan peşə xəstəliklərinin sirlərini Bakı Şin zavodunda, ölkəmizin kimya-texnologiya müəssisələrində təşkil etdiyi müalicə-diaqnostika laboratoriyası vasitəsilə real surətdə araşdırıb öyrənmiş, elmi cəhətdən əsaslandırılmış diaqnostika əsasında uğurlu müalicə işlərini təşkil etmişdir. Onun peşə xəstəliklərinə həsr olunmuş və təcrübədə təsdiq edilmiş doktorluq dissertasiyası da təcrübi materiallarla elmi-nəzəri təhlillərin vəhdəti əsasında yazılmış mükəmməl elmi əsər kimi qəbul edilmişdir. Görkəmli alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası" kimi monoqrafik tədqiqatları nəinki Azərbaycanda, keçmiş Sovetlər İttifaqında təbabətin istehsalatla əlaqələri əsasında yazılmış əhəmiyyətli elmi əsərlərdir. Zərifə xanım Əliyevanın göz xəstəliklərində irsiyyət məsələlərinə dair müşahidələri və qənaətləri də tibb elmi üçün mühüm yeniliklərdən biridir. Bundan başqa, Zərifə Əliyeva "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yollarının qoruyucu cərrahiyyə üsulları" kimi əsərləri ilə oftalmologiyanın bu istiqaməti üzrə də yüksəkixtisaslı həkim və alim olduğunu nümayiş etdirir. Zərifə xanım Əliyeva "Şəkərli diabetdə göz xəstəlikləri" əsəri ilə oftalmologiyada fərqli bir elmi istiqamətə də imza atmışdır.

    Oftalmologiya sahəsində Azərbaycan elmi məhz akademik Zərifə xanım Əliyevanın xidmətləri sayəsində əsas mərkəzlərdən biri kimi tanınmışdır. Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini keçmiş SSRİ-də ad qazanmış Moskva və Peterburq məktəbləri səviyyəsinə qaldırmışdır. Göz xəstəliklərinin aktual problemlərinə həsr edilmiş böyük elmi forumların Bakı şəhərində keçirilməsi, tanınmış dünya oftalmoloqlarının Azərbaycanda təşkil olunan beynəlxalq səviyyəli elmi tədbirlərdə görüşüb müzakirələr aparmaları akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində qazandığı böyük nüfuzun real təcəssümüdür.

    XX əsrin yetmişinci illərində Azərbaycan Elmlər Akademiyasının Abdulla Qarayev adına Fiziologiya İnstitutunda yaratdığı laboratoriya və Bakı Şin zavodunda və Məişət Kondisionerləri zavodunda təşkil etdiyi müalicə-diaqnostika laboratoriyaları dünya tibb elmində analoqu olmayan nadir göz xəstəlikləri tədqiqatları mərkəzləri olmuşdur. Göz xəstəliklərinin araşdırılıb öyrənilməsinin Səhiyyə Nazirliyindən Elmlər Akademiyasına və istehsalat müəssisələrinə daşınması nəinki Azərbaycanda, geniş mənada Sovetlər İttifaqında akademik Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Beləliklə, akademiyanın 1979-cu ildə Fiziologiya İnstitutundakı akademik Zərifə Əliyeva tərəfindən yaradılmış "Görmə orqanının peşə patologiyası və fiziologiyasının problemləri" laboratoriyasında alınan fundamental elmi nəticələr təcrübi xarakter daşıyaraq oftalmologiya sahəsinə akademik ağırlıq gətirmişdir. Bütün bunlarla, yəni Azərbaycanın regionlarında göz xəstəliklərinin müalicəsini təşkil etməklə, sənaye müəssisələrində müalicə-diaqnostika üçün münasib imkanlar yaratmaqla, təbabət mövzusunu akademik elmi mühitə gətirməklə, həmin istiqamətlərdəki çoxcəhətli elmi-praktik fəaliyyəti ilə akademik Zərifə xanım Əliyeva həyat yoldaşı - o illərdə Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri kimi ölkəmizi hərtərəfli şəkildə inkişaf etdirmək uğrunda qətiyyətlə mübarizə aparan görkəmli dövlət xadimi Heydər Əliyevin əsl silahdaşı olduğunu da gerçək surətdə meydana qoymuşdur.
    Peşəsinə sədaqətlə xidmət edən Zərifə xanım Əliyeva ailə həyatında və Azərbaycan cəmiyyətində hər addımda əsl sədaqət nümunəsi nümayiş etdirmişdir. Zərifə xanım Əliyeva dünyaşöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, layiqli silahdaşı olmağın əsl nümunəsini göstərmişdir. Ulu Öndər Heydər Əliyev kimi misilsiz Ata ilə bərabər, Zərifə xanım Əliyeva dünya liderlərindən biri olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi övladı ölkəmizə bəxş etmiş əsl Ana olmağın da ucalığına və əlçatmazlığına nümunə olmuşdur. Müasirləri onu insanlara münasibətdə sadəlik, nəzakət, ehtiram və səmimiyyət nümayiş etdirən qayğıkeş insan kimi səciyyələndirirlər. Məqalələri əsasında sonradan, 2003-cü ildə çap edilmiş "Yüksək əqidə: həkimlik etikası, həkim ürəyinin və fikirlərinin paklığı" kitabı Zərifə xanımın əsl həkim kimi obrazını canlandırmaqla bərabər, həm də onun gələcək həkimlərə çağırışlarını və şəxsən özünün əqidə bütövlüyünü də diqqətə çatdırır.
    Ölkəmizin elmi ictimaiyyəti Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanı həm də tanınmış ictimai xadim kimi böyük ehtiramla xatırlayır. Sülhü Müdafiə Komitəsi, Bilik Cəmiyyəti və Oftalmoloqların Elmi Cəmiyyəti xətti ilə gördüyü işlər, həyata keçirdiyi tədbirlər onun çoxcəhətli elmi-ictimai fəaliyyətinin pozulmaz izlərini indi də yaşadır. Elmi fəaliyyətində olduğu kimi, ictimai fəaliyyətində də Zərifə xanım Əliyeva əsl vətəndaş azərbaycanlı mövqeyindən çıxış etmişdir. Elmdə də, həyatda da və ictimai fəaliyyətdə də görkəmli dövlət xadimi Heydər Əliyevin idealları və azərbaycançılıq ideyası həmişə onun idealını müəyyən etmişdir.
    Geniş elmi pedaqoji və ictimai fəaliyyətə malik olan akademik Zərifə xanım Əliyevanın xidmətləri yüksək qiymətləndirilmişdir. Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuş akademik Zərifə xanım Əliyeva elm sahəsində əldə etdiyi mühüm elmi nəticələrlə SSRİ Tibb Elmləri Akademiyasının Averbax mükafatının da Azərbaycana gətirilməsinin mümkünlüyünü isbat etmişdir. O, Averbax mükafatına layiq görülmüş ilk qadın oftalmoloq kimi də tarixə düşmüşdür. Zərifə xanım Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

    Görkəmli oftalmoloq alim, tanınmış ictimai xadim Zərifə Əliyevanın adı Azərbaycanda əbədiləşdirilmişdir. Bu gün akademik Zərifə xanım Əliyevanın adını daşıyan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi ölkəmizdə nüfuzlu tibb müəssisələrindən və göz xəstəlikləri üzrə əsas elmi mərkəzlərdən biri kimi qəbul edilir. Azərbaycan Milli Elmlər Akademiyasında akademik Zərifə Əliyeva adına mükafat təsis edilmişdir. Bakı şəhərindəki ən böyük küçələrdən biri və məktəb-lisey Zərifə xanım Əliyevanın adını daşıyır. Bu gün Müstəqil Azərbaycan Respublikasında göz xəstəlikləri elminin irəliyə doğru atdığı addımlar milli oftalmologiya elmi məktəbinin banisi, akademik Zərifə xanım Əliyevanın davam etməkdə olan elmi ideyalarının əks-sədasıdır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" 3 noyabr 2022-ci il tarixli sərəncamı yeni nəsillərin akademik Zərifə xanım Əliyevanın nümunəsində tərbiyə olunmasına, peşəkar həkim və professional alim kimi formalaşdırılmasına, tibb elmində mütərəqqi elmi ideyaların davam etdirilməsinə dövlət səviyyəsində göstərilən böyük qayğının daha bir əyani ifadəsidir.

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tale yoldaşı və mübarizədə silahdaşı olan Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyətinə, elmi xidmətlərinə və mənəvi dəyərlərinə yüksək qiymət vermişdir: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna həsr etmişəm... Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam... O, bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.
    Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi... Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə bir insan idi".

    Ölkəmizin Prezidenti İlham Əliyev də görkəmli elm xadimi və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın çoxcəhətli xidmətlərinin nəsillər üçün nümunə olduğunu diqqətə çatdırmışdır: "Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi.
    O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir.
    Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
    Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir... Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur.
    Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır... Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".
    Beləliklə, Heydər Əliyev kimi dünyamiqyaslı görkəmli dövlət xadiminin ömür-gün yoldaşı və silahdaşı, XXI əsrin görkəmli liderlərindən biri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası və milli oftalmologiya elminin banisi kimi akademik Zərifə xanım Əliyeva əfsanəyə çevrilərək xalqımızın qəlbində və yaddaşında yaşamaqda davam edir.




    İsa HƏBİBBƏYLİ,
    AMEA-nın prezidenti,
    Milli Məclisin deputatı




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    2. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    3. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    4. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    5. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    6. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    7. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    8. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    10. 13:36 Ziyalı işığında...
    11. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    12. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    13. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    14. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    15. 11:33 Nurlu insan
    16. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    17. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    18. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    19. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    20. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    21. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    22. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    23. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    24. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    25. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    26. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    27. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    28. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    29. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    30. 16:20 Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub
    31. 23:30 Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
    32. 14:00 Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    33. 12:53 Qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
    34. 09:24 Masallıda 2025-cü ilin aprel ayına olan səyyar-görüş qəbulları barədə
    35. 16:55 Masallının Həsənli ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    36. 16:47 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    37. 14:48 Masallıda 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi 
    38. 10:38 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
    39. 22:30 XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi
    40. 23:00 31 mart Azərbaycanlıların soyqırımı günü
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ