• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub

    Masallıda Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub


    28 aprel 2022-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub.
    Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova görkəmli oftalmoloq, gözəl insan, vəfalı ömür-gün yoldaşı, fitri istedada malik novator alim Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu deyib. A.Qafarova qeyd edib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi...

    Masallı Rayon Mərkəzi Xəstəxanasının oftalmoloq-həkimi Gülnarə Məmmədova məruzə ilə çıxış edərək bildirib ki, Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanda, Şərur rayonun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixin bir hissəsi olmuşdur. Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. Z.Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

    Qeyd olunub ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr olunmuş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxoma xəstəliyinin müalicəsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar aparmışdır. Alimin bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
    Məruzə ətrafında çıxışlarda Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, "Tərəqqi" medallı veteran jurnalist Əyyub Mehdiyev, Milli Oftolmologiya Mərkəzi Masallı rayon filialının oftolmoloqu Orxan Güllərov, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və başqaları ideal qadın və əsl Azərbaycan xanımı obrazı olan Zərifə Əliyeva simasının, keçdiyi zəngin həyat yolundan, onun pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılıb.  Onun həyat yolunun gənc xanımların həyatının formalaşması baxımından parlaq nümunə olduğunu bildirib, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə Əliyevanı humanist şəxsiyyət, əsl ziyalı və qayğıkeş ana,  pak və nəcib insan  kimi dəyərləndirmişlər.
    Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri bədii kompozisiya təqdim ediblər. Həmçinin tələbələrin ifasında Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.

    Masallı Regional Mədəniyyət İdarəsinin istedadlı gənc müğənnilərinin ifasında səslənən ana və sevgi mahnıları tədbir iştirakçılarında xoş ovqat yaradıb...





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ