• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmişdir

    Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmişdir


    Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında ilk dəfə iştirakı Azərbaycanın bütövlükdə Avrasiyadakı nüfuzundan və oyundəyişdirici rolundan qaynaqlanır. Mövcud geosiyasi şərtlərdə Avrasiya Avropa və Asiyada təkcə coğrafi olaraq bölünməyib, həm də siyasi qütbləşmə getdikcə dərinləşir. Xüsusilə Ukrayna müharibəsindən sonra bunun kəskinləşdiyini müşahidə edirik.

    Hər iki cinah öz cəbhəsini genişləndirmək istiqamətində addım atır və hər iki cinahda birtərəfli siyasi xətt üstünlük təşkil edir, yəni, bu cəbhələrin birində təmsil olunan hansısa dövlət xarici siyasətini də həmin cəbhənin ümumi maraqlarına uyğun qurmaq məcburiyyətindədir. Azərbaycan bu coğrafiyada nadir ölkələrdəndir ki, xarici siyasətini öz milli maraqlarına uyğun həyata keçirir və hər iki cəbhə üçün əhəmiyyətli ölkədir. Bu da ölkəmizə oyundəyişdirici güc olmaq imkanı verir. Bu mənzərə Prezident İlham Əliyevin strateji addımları nəticəsində ortaya çıxıb. Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasına qonaq qismində rusiyalı həmkarı Vladimir Putin tərəfindən dəvət olunması xüsusilə diqqət çəkir.
    Bu, Azərbaycan və Rusiya liderlərinin şəxsi dostluq münasibətlərinin səviyyəsindən xəbər verir. Eyni zamanda, Rusiya üçün Azərbaycanın əhəmiyyətini göstərən nümunə də hesab edilə bilər. Ali Avrasiya İqtisadi Şurası Rusiya üçün yeni dünya nizamında mövqelərini gücləndirmək baxımından vacib platformadır. Təbii ki, Rusiya Azərbaycanın bu platformada təmsil olunmasında maraqlıdır. Azərbaycan isə milli maraqlarına uyğun formada belə əməkdaşlığa həmişə açıqdır. Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirakı göstərir ki, Qərb ölkələri ilə bərabərhüquqlu münasibətlərə üstünlük verən və əməkdaşlığı dərinləşdirən Azərbaycan Asiya coğrafiyasında da eyni strategiya tətbiq edir.
    Ali Avrasiya İqtisadi Şurasında təmsil olunan ölkələr Ermənistan istisna olmaqla, Azərbaycanla yüksək münasibətlərə malikdir. O cümlədən bu ölkələr arasında Türk Dövlətləri Təşkilatında və Şanxay Əməkdaşlıq Təşkilatında yer alanlar var. Azərbaycan bu ölkələrlə həm ikitərəfli, həm də bu təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Bu baxımdan, Ali Avrasiya İqtisadi Şurası Azərbaycan üçün yad platforma deyil. Prezident İlham Əliyevin Şuranın iclasında ilk dəfə iştirakı Azərbaycana əməkdaşlıq imkanlarını daha da genişləndirmək imkanı verəcək.
              Bu platformada iştirak, həmçinin Azərbaycan-Ermənistan danışıqları fonunda əhəmiyyətlidir. Ermənistan indiyə qədər eyni ittifaqda yer aldığı ölkələrin Azərbaycana qarşı mövqe sərgiləməsinə cəhd edib, lakin bu, istər Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə, istərsə də 44 günlük müharibədən sonra, heç vaxt baş tutmayıb. Bunun səbəbi də məhz Azərbaycanın bu ölkələrlə dərin əməkdaşlıq qurmasıdır. Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli danışıqları ərəfəsində Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasında iştirakı mövqelərimizin güclənməsi, o cümlədən Ermənistanın manevr imkanlarının azalması baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevi Kremldə həmkarları Vladimir Putin və Aleksandr Lukaşenko səmimi şəkildə qarşılayıblar. Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı ildə “RİA-Novosti” agentiyinə müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsinin istisna olmadığını demişdi.

    Prezident çıxışında Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf etdiyini,  Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar olduğunu bildirmişdir. Həmin gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacağını bildirmişdir.

    Prezident çıxışında bildirmişdir ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil etmişdir. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artmışdır. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olmuşdur. Prezident əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu bildirmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verdiyini,  Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olduğunu, on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacağını bildirmişdir.

    Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım, - son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, - yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir. Azərbaycan əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - bunu uğurla edir, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindədir.



    Aysel Hüseynova,
    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Fransız dili müəllimi




     “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ