• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin Moskvada Rusiya Federasiyasının Prezidenti ilə görüşü olmuşdur

    Prezident İlham Əliyevin Moskvada Rusiya Federasiyasının Prezidenti ilə görüşü olmuşdur


               
    Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin iştirakçıları salamlamış və Azərbaycan Prezidentinə Avrasiya İqtisadi Birliyi çərçivəsində bizim bugünkü görüşümüzə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etmək istədiyini bildirmişdir.  Artıq deyildiyi kimi, formal olaraq qonaq qismində, lakin həqiqətən, İlham Heydər oğlu haqlıdır, bu, çox şərti addır, çünki Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir.

     Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki regional əməkdaşlıq potensialı çox yüksəkdir. İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq. Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu. Bunlar mənim əvvəldə söyləmək istədiklərimdir və mətbuat çıxandan sonra biz başqa məsələlər barədə də danışarıq.
                 
    Prezidenti İlham Əliyev çıxışı zamanı ilk növbədə, Avrasiya İqtisadi Birliyinin sammitinə dəvətə görə bir daha təşəkkürümü bildirdi.  Bu gün qeyd olunduğu kimi, mən bu təşkilatın sammitində ilk dəfədir iştirak edirəm. Baxmayaraq ki, biz artıq həmkarlarla fikir mübadiləsi aparmışıq, həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında və əlbəttə, ikitərəfli formatda müntəzəm işləyirik. Heydər Əliyevin xatirəsinə göstərilən yüksək hörmətə görə təşəkkür etmək istərdim. Biz bunu yüksək dəyərləndiririk, Azərbaycanda bütün bunları çox yaxşı bilirlər. Siz qeyd etdiyiniz kimi, yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də regionlarda keçirilib. Onu deməliyəm ki, Heydər Əliyev və Siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymusunuz. Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdiyiniz kimi, ötən ilin əvvəlində biz Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladıq və icra edirik.

     Bu, bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir. Əlbəttə, biz bu gün regional məsələlərdən də danışacağıq. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik. Vladimir Vladimiroviç, bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq.


                             
    Ramal Şükürov,
    Masallı Gənclər Evi



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ