Masallının Qızılağac kəndinin köçəri qonaqları » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Qızılağac kəndinin köçəri qonaqları

    Masallının Qızılağac kəndinin köçəri qonaqları


    Respublikamız fauna və flora aləmi ilə zəngindir. Ölkəmizin Cənub bölgəsinin əlverişli iqlimi, təbii-coğrafi şəraiti, zəngin bitki örtüyü ilə burada müxtəlif növ quşların da məskən salmasına səbəb olub. Bu ərazilərdə daimi yaşayan quşlarla yanaşı, bəzi fəsillərdə buraya gələn köçəri quşlar da var. Onlardan biri də el arasında “Hacıleylək” kimi tanınan leyləkdir.

    Qışda digər isti ölkələrə üz tutan hacıleyləklər havalar isinən kimi yenidən Masallının Qızılağac kəndinə qonaq gəlirlər. Bu quşlar hazırda evlərin damında, elektrik dirəklərinin, hündür ağacların ən uca yerlərində yuva qururlar.

    Kənd ərazi nümayəndəsi Elşad Abbasov deyir ki, kənd camaatı bu quşlara heç vaxt toxunmur, əksinə, onların yuva qurmasına şərait yaradır: “Bu quşlar yaşayan ərazidə əkin sahələrində nə ilana, nə də ki, hər hansı bir həşərata rast gəlmək olmur. Qış aylarında isti ölkələrə köç edən hacıleyləklər daha çox Ərəbistan yarımadasında məskən salırlar. Buna görə də müqəddəs torpaqlara uçub gedən, sonra yenə də qayıdan leyləklərə el arasında “hacı” ləqəbi qoşulub və “hacıleylək” adlandırılır”.

    El arasında hacıleyləklərlə bağlı müxtəlif inanclar da yaranıb. Hətta belə bir inam mövcuddur ki, qışın son günlərində köçəri quşlar arasında yurdumuza ilk hacıleylək gəlir və bu da Novruz bayramının gəlişini xəbər verir.


    “Qızılağac kəndi rayonun böyük kəndlərindən biridir. Bizim kənd hər zaman yazda bu quşların məskəni olmasına görə fərqlənib. Artıq bu quşlara o qədər öyrəşmişik ki, onlar köç edib gedəndə məyus olur, qayıdıb gələndə isə sevinirik. Bu quşlar çox xeyirli quşlardır. Hər zaman Novruz bayramı ərəfəsində kəndə qayıdırlar. Sanki Novruzun, carçılarıdır. Biz hər zaman bu quşlara qayğı və sevgi ilə yanaşırıq. Çalışırıq ki, bu quşlar heç zaman kəndimizdən küsüb getməsinlər", - kənd sakini Sevda Abbasova bildirir.











    İlkin Adıyev


    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:41 Masallı Rayon İcra Hakimiyyəti başçsının 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    2. 13:29 Rayonun Qızılağac kəndində şəhid Cavad Babayevin şəhadətinin 6-cı ildönümü anıldı
    3. 21:00 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını
    4. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    5. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    6. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    7. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    9. 21:49 Rayon rəhbərinin şəhid qardaşların ailəsini ziyarəti
    10. 21:47 Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Balaqardaş Vəliyevin ailəsini ziyarət edib
    11. 21:33 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət edib
    12. 09:26 OXUCULARIMIZIN YARADICILIĞI
    13. 14:41 Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib
    14. 14:39 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 04.11.2026
    15. 14:37 Rayon rəhbəri 04 noyabr 2026-cı il tarixdə Babaser kəndində səyyar qəbul keçirib
    16. 17:01 Masallıda "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş növbəti maarifləndirici tədbir
    17. 16:56 Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub
    18. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    19. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    20. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    21. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    22. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    23. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    24. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    25. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    26. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    27. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    30. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    31. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    32. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    33. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    34. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    35. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    37. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    40. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ