Masallının Qızılağac kəndinin köçəri qonaqları » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Qızılağac kəndinin köçəri qonaqları

    Masallının Qızılağac kəndinin köçəri qonaqları


    Respublikamız fauna və flora aləmi ilə zəngindir. Ölkəmizin Cənub bölgəsinin əlverişli iqlimi, təbii-coğrafi şəraiti, zəngin bitki örtüyü ilə burada müxtəlif növ quşların da məskən salmasına səbəb olub. Bu ərazilərdə daimi yaşayan quşlarla yanaşı, bəzi fəsillərdə buraya gələn köçəri quşlar da var. Onlardan biri də el arasında “Hacıleylək” kimi tanınan leyləkdir.

    Qışda digər isti ölkələrə üz tutan hacıleyləklər havalar isinən kimi yenidən Masallının Qızılağac kəndinə qonaq gəlirlər. Bu quşlar hazırda evlərin damında, elektrik dirəklərinin, hündür ağacların ən uca yerlərində yuva qururlar.

    Kənd ərazi nümayəndəsi Elşad Abbasov deyir ki, kənd camaatı bu quşlara heç vaxt toxunmur, əksinə, onların yuva qurmasına şərait yaradır: “Bu quşlar yaşayan ərazidə əkin sahələrində nə ilana, nə də ki, hər hansı bir həşərata rast gəlmək olmur. Qış aylarında isti ölkələrə köç edən hacıleyləklər daha çox Ərəbistan yarımadasında məskən salırlar. Buna görə də müqəddəs torpaqlara uçub gedən, sonra yenə də qayıdan leyləklərə el arasında “hacı” ləqəbi qoşulub və “hacıleylək” adlandırılır”.

    El arasında hacıleyləklərlə bağlı müxtəlif inanclar da yaranıb. Hətta belə bir inam mövcuddur ki, qışın son günlərində köçəri quşlar arasında yurdumuza ilk hacıleylək gəlir və bu da Novruz bayramının gəlişini xəbər verir.


    “Qızılağac kəndi rayonun böyük kəndlərindən biridir. Bizim kənd hər zaman yazda bu quşların məskəni olmasına görə fərqlənib. Artıq bu quşlara o qədər öyrəşmişik ki, onlar köç edib gedəndə məyus olur, qayıdıb gələndə isə sevinirik. Bu quşlar çox xeyirli quşlardır. Hər zaman Novruz bayramı ərəfəsində kəndə qayıdırlar. Sanki Novruzun, carçılarıdır. Biz hər zaman bu quşlara qayğı və sevgi ilə yanaşırıq. Çalışırıq ki, bu quşlar heç zaman kəndimizdən küsüb getməsinlər", - kənd sakini Sevda Abbasova bildirir.











    İlkin Adıyev


    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:08 Masallı Rayon İcra Hakimiyyəti başçsının 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    2. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    3. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    4. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    5. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    6. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    7. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    8. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    9. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    10. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    11. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    12. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    13. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    14. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    15. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    16. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    17. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    18. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    19. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    20. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    21. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    22. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    23. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    24. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    25. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    26. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    27. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    28. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    30. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    31. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    32. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    33. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    34. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    35. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    36. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    37. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    38. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    39. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    40. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ