Məhəbbət, etibar, sədaqətin rəmzi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Məhəbbət, etibar, sədaqətin rəmzi

    Məhəbbət, etibar, sədaqətin rəmzi


    Heç kim unudulmur, heç nə yaddan çıxmır
    Məhəbbət, etibar, sədaqətin rəmzi
    63 il həsir üstə yatan ana

    Müharibə, cəbhə, döyüş, səngər sözləri qan qoxuyur, ürəklərə təlatüm, baxışlara intizar, insanlara bəla, müsibət gətirir. İllərlə könül verib sevdiyini bir andaca itirmək iki gəncin faciəsidir. Çinar boylu, cəngavər timsallı ərənlər cəbhəyə getdi, qayıtmadılar. Əvəzində taleyini qara göstərən “qara kağız”lar evlərə tökülmüşdü. O kağızlar açılanda anaların, bacıların, saçları şəvə kimi qara gəlinlərin qara saatları, qara günləri başlayırdı. Başına döyüb oğul, ata, qardaş, dayı, əmi deyib ağlayanların səsi, fəryadı səmaya bülənd olurdu ki, göz yaşları çaya, dənizə dönürdü.
    Gəlinlər vardı sevgisini, sədaqətini, etibarını, ağrı-acısını, dərd-sərini axar sulara danışırdı. Saçının birini ağ, birini qara hörüb ümidlə yaşayanlar az olmadı. Yadigarlarını böyütmək üçün möhtəkirlərdən, yad baxışlardan gizlənə-gizlənə, bütün məşəqqətlərə dözə-dözə ömrünü şam kimi əritdü. Belələrinin taleyi həmişə ürəkdağlayan olub el-oba üçün, cəmiyyət üçün.

    Müharibənin bütün ağrılarını görən, həyata göz yumana kimi ömür-gün dostunun yolunu gözləyən, kirpiyi ilə od götürən, dörd yadigarını boya-başa çatdıran, Nəcəf gələnə kimi yorğan-döşək bilməyib həsir üstə yatan, xanımlığın bütün şirinliyindən məhrum olan Feyzə Əliyevanın həyatına bütün Mahmudavar əhli şahid olmuşdur.    
     Mahmudavarın bu günkü gəncləri 1941-1945-ci illərin Vətən müharibəsində Feyzə ananın məşəqqətli həyatını valideynlərindən eşidiblər.

    Kəndin o illərdə yaşayan ziyalı- ağsaqqallarından olan mərhum Əbdülrza Əhmədov söyləyirdi ki, Feyzə xanımın nağılvari ömrü dildən-dilə düşərək bu günlərimizə gəlib çatıb. 

    Kəndin zəhmətkeş kişilərindən olan Nəcəf  Əliyev müharibəyə gedəndə sevib-seçdiyi Feyzə xanımın  ümidinə 4 övlad qoydu. O, yola düşəndə, çox çətindir, Feyzə. Bilmirəm bu ailəni necə dolandırarsan.  
    Göz yaşlarını yaylığı ilə silən gəlin, Nəcəf, mən bu uşaqları sən gələnə kimi böyüdəcəm. Amma Nəcəf, bil ki, döşəməsi torpaqdan olan otağın ortasında sərdiyimiz bu həsir sən gələnə kimi mənim döşəyim olacaq. Canımın ağrı-acısı onda çıxacaq ki, sən davadan sağ-salamat qayıdacaqsan. 

    Nəcəf bərk kövrəldi, balalarını bir-bir qucaqlayıb öpdü. Hamısına tapşırdı ki, analarının sözünə baxsınlar, mən gələnə kimi onu göz bəbəyi kimi qorusunlar. Həyətimiz böyükdür, onun əkilib-becərilməsində anaya kömək edərsiniz. 

    Onda 1941-ci ilin payızı idi. Nəcəf sonuncu dəfə həyət-bacanı həsrətlə seyr etdi. Eyvanda sıralanıb bir-birinə qısılan balalarının ən böyüyünün 12 yaşı vardı. Oğlu Baxşəlinin böyüməsi ona təsəlli verirdi. 

    Feyzə də onu elədi ki, Nəcəfin yadigarlarını əsən küləkdən, yağan yağışdan, qışın çovğunundan, yayın istisindən qorudu. Gecə-gündüz bilmədi. Onları qayğısına büküb bələdi. Ərinin iyini balalarından aldı. Onlara həyatı, çörək qazanmağı öyrətdi. Hətta heç birini təhsilsiz qoymadı. Məktəbə yamaqlı, tər-təmiz paltarla yola salardı. Kolxozun bütün işlərində çalışardı ki, heç kimə möhtac olmasın. 
    İnsan var olub yaşayan ölümə məhkumdur, inanmırdı ərinin qara kağızına, bütün acılı-şirinli ömrünü Nəcəflə bölürdü. Hər gün ona hesabat verirdi: Baxşəli artıq kolxoz işinə yarayır. Fətəli, Eynəli, çox sevdiyin Şahnisə məktəbə gedirlər. 

    ...Ailənin uğurlu çağları başlanırdı. Feyzə hər gün şavaq vaxtı çardağa çıxıb  dağlara tərəf baxaraq Nəcəflə danışardı. Nəcəf, ailəni niyə unudubsan. Baxşəlini evləndirdim. Təmtəraqlı olmasa da azacıq şənləndik. Səni çox gözlədim... Nəcəf, gözün aydın , dünyaya nəvən gəldi. İstədilər sənin adını qoysunlar, qoymadım. Çünki kimsə ona zarafatla da olsa xoşagəlməz söz deyəndə xətrimə dəyər.

    ...Nəcəf Şahnisəni də köçürtdüm. 
     Aramızda olmayan bircə sənsən. Sən də ki, ürəyimizin ən dərin, gözəl guşəsindəsən. Sənsiz ürəkdən gülə bilmirik, hər birimizin gözümüzdə sənsizlik kədəri var.
    ...Baxşəli, Eynəli, Fətəli yaşa dolduqca fikirləşirdilər ki, anamız nəyə görə quru həsirin üstündə yatır, axı kifayət qədər yorğan-döşəyimiz var.Bir dəfə yığışıb bunun səbəbini soruşdular. Feyzə doluxsunub balalarını qucaqladı.
    -Atanızı çox sevirdim. Çox gözəl, zəhmətkeş, ailəcanlı insan idi. Çətin günlərimizdə məni darıxmağa qoymazdı, ürək-dirək verib deyərdi ki, narahat olma, bu çətin günlər tezliklə ötəcək, evimiz-eşiyimiz də olacaq. Elə də oldu. Ev tikduik, ailə vəziyyətimiz yoluna düşdü.Bir gün evə gələndə gözlərində bir dərin kədər hiss etdim. Üzünə diqqətlə baxdım. Bunu hiss etdi, - uşaqları da çağır bir az çörək yeyək. Qollarım boşaldı, qab-qaşıq yerə düşüb çilikləndi. Nəcəf yeyə-yeyə nəzərləri ilə bizi süzürdü. Yeməkdən sonra dedi ki, get təzə paltarlarımı gətir. Başa düşdüm ki, atanız müharibəyə gedir. Yoxsa təzə paltarlarını neynirdi. Qonum-qonşular da yığışdı başımıza. Son dəqiqədə sizləri öpüb oxşadı, ananızı incitməyəsiniz, dedi. Mən isə başqa halda idim, əl verib mənimlə də görüşdü. Mən ev üçün təzə toxuduğum həsiri gətirib otağa sərdim. Dedim ki, Nəcəf, sən gələnə kimi bu həsir mənim yorğan-döşəyim olacaq. Sənə olan hörmətim, sədaqətim, əhdi-peymanım son nəfəsimə kimi davam edəcək. 

    ...Bir gün evin ən kiçiyi olan Fətəli özünü xəstəliyə vurdu. Ana, gəl yanıma, yorğanı çək üstümüzə, məni bərk-bərk qucaqla, sağalaram. Feyzə ana başa düşdü ki, oğlu yalan danışır, onu yorğan-döşəkdə yatızdırmaq istəyir.  Odur ki, həsir üstündə oturub oğlunun kürəklərini ovmağa başladı...
    Müharibədən illər keçdi. Yüzlərlə azərbaycanlı kimi Nəcəfdən də yalnız qara kağız yadigar qaldı. Bir gün balalarını çağırıb, daha atanız gəlməyəcək, mən də son günlərimi yaşayıram. Tanrı mənə uzun və sağlam ömrü Nəcəfin yadigarlarını böyüdüb ərsəyə çatdırmaq üçün veribmiş. Şükür ki, bunu həyata keçirməklə ona olan əhdi-peymanıma sadiq qaldım. İndi isə sizdən xahiş edirəm, son nəfəsimə kimi mənim altıma döşək qoyub, üstümə yorğan örtməyəsiniz. Yoxsa bu vəfasızlıq onun ruhuna toxunar. 

    Feyzə ana 10-15 gün həsir döşəyində xəstə yatdı. Qonşuları, yaxınları çox israr etsələr də oğulları ana vəsiyyətini sındırmadılar. 

    Nəcəfin vəfalı ömür-gün yoldaşı yalnız ruhu bədənindən çıxandan sonra rahat yorğan döşəyə qoyuldu. 
    Deyirlər dünyaya vida edəndə üç dəfə Nəcəfi çağırıb və gözlərini əbədi yumub. 

    Kənddə hamı bu ananın xətir-hörmətini saxlayırdı. Bir sözü iki olmazdı. 103 il yaşamışdı Feyzə ana. Bu ömrün də 63 ilini Nəcəfsiz – həsir üstündə yatmışdı.  Arada balaları yığışıb ana, qonşu var, hampa var desələr də ananı fikrindən daşındırmaq olmamışdı. 

    Böyük oğlu Baxşəli demişdi ki, ana, atamız gedib, yurdunda üç oğlu işıq yandırır, hər birimizin də bir çətən külfəti var. Bizə isə müharibədə şücaət göstərib qəhrəmanlıqla həlak olan atamızla fəxr etmək qalır. 
    Bu gün məzarlığa gedən hər bir mahmudavarlı ananın baş daşını oxşayır , halal olsun, Feyzə ana, sən məhəbbətin, vəfa və etibarın rəmzisən söyləyir. 
    Əziz oxucu, Feyzə ananın bu məşəqqətli, nağılvari həyatını yazdıq ki, gənc qız və analarımız oxuyub, ibrət götürsünlər. Bundan Feyzə anamızın da ruhu şad olar.

                                 


    Həsənağa ƏLİ MURTUZA.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    2. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    3. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    4. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    5. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    6. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    7. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    8. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    9. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    10. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    11. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    12. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    13. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    14. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    15. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    16. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    17. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    18. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    19. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    20. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    21. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    22. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    23. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    24. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    25. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    26. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    27. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    28. 22:04 Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    29. 23:06 Masallı Rayon İcra Hakimiyyəti başçsının 06.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    30. 23:11 Rayon rəhbəri 05 avqust 2026-cı il tarixdə Masallı rayonunun II Yeddioymaq ərazisinin Qasımlı kəndində səyyar qəbul keçirib
    31. 22:09 Rayon rəhbəri II Yeddioymaq ərazisində şəhid məzarlarını ziyarət etdi 05.08.2026
    32. 20:09 Rayon rəhbəri Musaküçə kəndində II Qarabağ müharibəsi iştirakçısını ziyarət edib
    33. 20:08 Rayon rəhbəri Çaxırlı kəndində şəhid ailəsini ziyarət edib
    34. 11:47 ƏYALƏTDƏN BÖYÜK ƏDƏBİYYATA
    35. 17:50 Masallıda "Təmiz şəhər bizdən başlayır — nümunə olmaq vəzifəmizdir" adlı tədbir keçirilib
    36. 17:56 Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Qırğızıstanda verdiyi bəyanatın siyasi əhəmiyyəti
    37. 11:46 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Milli kimliyimizin və mənəvi irsimizin rəmzi
    38. 08:47 Azərbaycan prezidetinə yazırlar
    39. 08:44 Azərbaycan Prezidentinə yazırlar
    40. 08:42 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ