Rusiyanın ən yaxşı cərrahı Masallıdandır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rusiyanın ən yaxşı cərrahı Masallıdandır

    Rusiyanın ən yaxşı cərrahı Masallıdandır


    Hər bir azərbaycanlı üçün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq uğur qazanmaq, peşəsinin zirvəsinə yüksəlmək həm şəxsi nailiyyət, həm də xalqımız üçün qürurverici hadisədir. 

    Bu dəfə sevindirici xəbər Rusiyadan gəldi. Gənc həmyerlimiz öz peşəkarlığı və əzmkarlığı ilə ölkənin ən yüksək tibbi mükafatlarından birinə layiq görülüb. Cərrah-uroloq Rahim Baxşiyev ProDoctorov platformasının ənənəvi ümumrusiya mükafatında “Rusiyanın ən yaxşı cərrahı” nominasiyasının qalibi olub.

    Rahim Vahid oğlu Baxşiyev 1988-ci il fevralın 10-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, 1995-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçərək təhsilini burada davam etdirib və gələcək peşə fəaliyyətini tibb sahəsi ilə bağlayıb.

    2010-cu ildə İvanovo Dövlət Tibb Akademiyasını bitirən Rahim Baxşiyev 2010-2012-ci illərdə cərrahiyyə üzrə ordinaturanı uğurla tamamlayıb. Hələ tələbəlik illərindən ictimai fəal olan Rahim 2008-2012-ci illərdə Azərbaycan Gənclər Təşkilatının (AMOR) Rusiyanın İvanovo vilayəti üzrə sədri vəzifəsini icra edib. 2009-cu ildə isə o, “Gənclər ictimai birliyinin lideri” nominasiyası üzrə Rusiya Federasiyası Prezidentinin mükafatına layiq görülüb.

    Peşəkar tibbi fəaliyyəti boyunca R.Baxşiyev çalışdığı hər bir tibb müəssisəsində özünü məsuliyyətli və bacarıqlı mütəxəssis kimi göstərib. O, 2013-2014-cü illərdə Yuja Mərkəzi Rayon Xəstəxanasında cərrah, 2014-2019-cu illərdə Lejnevsk Mərkəzi Rayon Xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, 2019-2022-ci illərdə isə 7 nömrəli Şəhər Klinik Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib. 
    2022-ci ildən “Life” Tibb Klinikasında cərrah və uroloq olaraq çalışır.

    Həmin il o, Krasnodar şəhərinə köçərək burada bir neçə səhiyyə müəssisəsində paralel tibbi fəaliyyətini davam etdirib. Savadı, təcrübəsi və yüksək pasiyent məmnuniyyəti sayəsində Rahim Baxşiyev 2025-ci ildə ProDoctorov ümumrusiya mükafatında “Rusiyanın ən yaxşı cərrahı” adına layiq görülüb. Mükafat Soçi şəhərində keçirilən təntənəli mərasimdə təqdim edilib.

    Rahim Baxşiyevin ailəsi də çalışqanlığı və nümunəvi fəaliyyəti ilə tanınır: atası Vahid Lətif oğlu, eləcə də hüquqşünas ixtisaslı qardaşı Ramil fərdi sahibkarlıqla məşğuldur. Anası Nətəvan xanım evdar qadındır. R.Baxşiyev ailəlidir, iki övladı var. O, Rusiyada fəaliyyət göstərən iş adamı, İvanovo vilayətinin Yuja rayonunun fəxri vətəndaşı və deputatı olan həmyerlimiz Əlizamin Əməşovun kürəkənidir.
    Bu gün Rahim Baxşiyev yaşadığı regionda ən tanınmış və etibarlı mütəxəssislərdən biri kimi fəaliyyətini uğurla davam etdirir, tibbin müxtəlif sahələrində yeni istiqamətlərin inkişafına mühüm töhfələr verir.

    Gənc həmyerlimizin qazandığı bu uğur həm şəxsi nailiyyət, həm də xalqımız üçün qürurverici hadisədir. Ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər, sağlam can, uğurlu əməliyyatlar və davamlı yüksəliş arzulayırıq.

    Akif AĞAYEV
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    2. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    3. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    4. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    5. 11:28 Məhərrəm Səfərli – 80
    6. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    7. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    8. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    9. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    10. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    11. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    12. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    13. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    14. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    17. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    18. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    19. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    20. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    21. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    22. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    23. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    24. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    25. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    26. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    27. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    28. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    29. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    30. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    31. 10:55 27 Sentyabr – Anım Günü
    32. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    33. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    34. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    35. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    36. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    37. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    38. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    39. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    40. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ