• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dünya şöhrətli cərrah

    Dünya şöhrətli cərrah




    Fazil Qurbanov – 80

    Bu gün adı Azərbaycan səhiyyəsində yaxşı tanınan, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Fazil Qurbanovun 80 yaşı tamam olur.

    Fazil Səməd oğlu Qurbanov 1944-cü il fevralın 18-də Bakıda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Döv­lət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1974-cü ildə Res­publika Klinik Uroloji Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keç­mişdir. 1975-ci ildən Azərbaycan SSR EA Fiziologiya İnstitutunda SSRİ Tibb Elmləri Akademiyasının (TEA) həqiqi üzvü Mustafa Topçubaşovun rəhbərlik etdiyi cərrahiyyə qrupunda elmi işçi kimi fəaliyyətə başlamışdır.

    1980-ci ildə SSRİ Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinin nəzdində cər­rahiyyə ixtisası üzrə məqsədli aspi­ranturaya daxil olmuşdur. 1983-cü ildə akademik B.V.Petrovskinin rəhbərliyi ilə “Cərrahi müalicədən sonra təkrarlanan kardiospazm zamanı pnevmatik kardi­odilatasiya” mövzusunda dissertasiya­nı uğurla müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır.

    F.Qurbanov 1984-cü ildə Ümumru­siya Elmi-Tədqiqat Mərkəzinə cərrahiy­yə üzrə doktoranturaya göndərilmişdir. 1987-ci ildə SSRİ TEA-nın cərrahiyyə fakültəsində “Qida borusunun bəd və xoşxassəli strikturaları zamanı birmo­mentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyasını müdafiə et­mişdir. 1989-cu ildə Fazil Qurbanov Azərbaycanda yeni yaradılmış Elmi-Tədqiqat Qastroenterologiya İnsti­tutuna şöbə müdiri vəzifəsinə dəvət edilmiş və eyni zamanda, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəlik­lər kafedrasında professor vəzifəsində fəaliyyət göstərmişdir. O, Ümumrusi­ya Elmi-Tədqiqat Mərkəzində çalış­dığı illərdə mükəmməl mənimsədiyi həzm sistemi xəstəliklərinin cərrahi və konservativ müalicəsinin bir sıra yeni üsullarını burada uğurla tətbiq etmiş, səmərəli elmi-pedaqoji fəaliyyət göstər­mişdir.

    Professor F.Qurbanov 1999-cu ildə Moskvaya, Rusiya Dəmir Yolları ASC-nin 2 saylı Mərkəzi Klinik Xəstəxa­nasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə dəvət olunmuşdur. Eyni za­manda, Rusiya Xalqlar Dostluğu Univer­sitetinin hospital cərrahiyyə kafedrasının professoru seçilmiş və ömrünün sonu­nadək orada çalışmışdır. 2006–2013-cü illərdə Moskvanın 17 saylı şəhər klinik xəstəxanasında hospital cərrahiyyə şö­bəsinin klinik bazasında işləmişdir.

    Fazil Qurbanov 2014-cü ildə Azər­baycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. Akademik F.Qurbano­vun elmi və həkimlik fəaliyyəti mədə xo­rasının cərrahiyyəsi və əməliyyat olun­muş mədənin xəstəlikləri, kardiospazm və əməliyyat olunmuş qida borusunun xəstəlikləri, xoşxassəli capıq daral­malar və qida borusu xərçəngi, qarın boşluğunun və retroperitoneal sahə­nin minimal invaziv cərrahiyyəsi və rekonstruktiv cərrahiyyə məsələlərinə həsr olunmuşdur. Alim qida borusunun xoş və bədxassəli xəstəlikləri üçün re­konstruktiv əməliyyatların inkişafına böyük töhfə vermiş, bir çox cərrahiy­yə klinikalarında istifadə olunan mü­daxilələrin aparılması üçün bir sıra orijinal cərrahi alətləri klinik praktikaya tətbiq etmişdir.

    Aparılan əməliyyatların mühüm nə­ticələrindən biri əməliyyatdan sonrakı ölüm hallarının əhəmiyyətli dərəcədə azalması olmuşdur. Fazil Qurbanov ilk dəfə olaraq, qida borusunun kompü­ter tomoqrafiyasından mediastinuma və qonşu orqanlara şiş invaziyasının dərəcəsini qiymətləndirmək üçün isti­fadə etmişdir. O, kardial axalaziya və kardiospazmın cərrahi müalicəsinin yeni üsullarını işləyib hazırlayaraq kli­niki praktikaya tətbiq etmişdir. Görkəmli təbib cərrahi xəstəliklərin müalicəsində minimal invaziv müdaxilələrdən istifa­dənin yeni üsullarını uğurla inkişaf et­dirmiş, xəstələrin xəstəxana şəraitində müalicə müddətini 1 günə endirmişdir.

    Fazil Qurbanov cərrahiyyə üzrə 280-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 2 dərsliyin, 13 ixtiranın və 7 səmərələşdirici təklifin müəllifi ol­muşdur. Onun elmi rəhbərliyi ilə 9 dok­torluq və 17 namizədlik dissertasiyası müdafiə edilmişdir.

    Fazil Qurbanov Rusya Xalqlar Dost­luğu Universitetinin Dissertasiya Şura­sının üzvü, N.I.Piroqov adına Cərrahlar Assosiasiyasının, Rusiya Endoskopik Cərrahlar Assosiasiyasınin, Torakal Cərrahlar Assosiasiyasınin, Beynəlxalq Cərrahlar Kollecinin üzvü, Moskvada və Azərbaycanda işıq üzü görən “Cər­rahiyyə” jurnalları redaksiya heyətləri­nin üzvü olmuşdur.

    Alim çox böyük əmək qabiliyyəti, qətiyyəti, elmi maraqlarının çoxşaxəli­liyi, geniş erudisiya qabiliyyəti ilə seçi­lirdi. Onun peşəkarlığı, insanlara qarşı mehribanlığı və diqqəti dərin hörmət və minnətdarlıq hissi doğururdu. Fazil Qurbanovun tələbələrinin əksəriyyəti xaricdə və MDB ölkələrində cərrahiyyə sahəsində aparıcı mütəxəssislərdir.

    O, ictimai işlərə də böyük diqqət ayırırdı. Rusiyanın 70-dən çox regional diaspor təşkilatında birləşmiş çoxmil­yonlu Azərbaycan diasporunun rəhbər­liyində səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrinin genişləndirilməsi üçün çoxsahəli səmərəli sistem yarat­mağa imkan vermişdir.

    Yüksəkixtisaslı elmi kadrların hazır­lanması və uğurlu diaspor fəaliyyətinə görə 2019-cu ildə o “Şöhrət” ordeni, “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” medalı ilə təltif olunmuş­dur. 2016-cı ildə Azərbaycanın Əmək­dar elm xadimi fəxri adına, 2017-ci ildə Moskva şəhərində elmə verdiyi töhfələrə görə Rusiya Təbiət Elmlə­ri Akademiyasının A.X.Mirzəcanzadə adına beynəlxalq gümüş medalına la­yiq görülmüşdür.

    Çox dəyərli həmkarım, dostum, həyatımda böyük rol oynamış, mənə praktiki cərrahiyyənin və elmi araşdır­maların əsasını öyrədən elmi rəhbərim akademik Fazil Qurbanovla Elmi-Tə­dqiqat Qastroenterologiya İnstitutun­da10 il birlikdə çalışmağımı taleyimin xoş qisməti hesab edirəm.

    Akademik Fazil Səməd oğlu Qur­banov 23 dekabr 2020-ci il tarixində Moskva şəhərində əbədiyyətə qovuş­muşdur. Məzarı Bakıda II Fəxri xiya­bandadır. Məkanı cənnət olsun!




    Zərraf ŞİRİNOV,
    Elmi Cərrahiyyə Mərkəzinin baş elmi işçisi, professor




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ