Rusiyanın ən yaxşı cərrahı Masallıdandır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rusiyanın ən yaxşı cərrahı Masallıdandır

    Rusiyanın ən yaxşı cərrahı Masallıdandır


    Hər bir azərbaycanlı üçün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq uğur qazanmaq, peşəsinin zirvəsinə yüksəlmək həm şəxsi nailiyyət, həm də xalqımız üçün qürurverici hadisədir. 

    Bu dəfə sevindirici xəbər Rusiyadan gəldi. Gənc həmyerlimiz öz peşəkarlığı və əzmkarlığı ilə ölkənin ən yüksək tibbi mükafatlarından birinə layiq görülüb. Cərrah-uroloq Rahim Baxşiyev ProDoctorov platformasının ənənəvi ümumrusiya mükafatında “Rusiyanın ən yaxşı cərrahı” nominasiyasının qalibi olub.

    Rahim Vahid oğlu Baxşiyev 1988-ci il fevralın 10-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, 1995-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçərək təhsilini burada davam etdirib və gələcək peşə fəaliyyətini tibb sahəsi ilə bağlayıb.

    2010-cu ildə İvanovo Dövlət Tibb Akademiyasını bitirən Rahim Baxşiyev 2010-2012-ci illərdə cərrahiyyə üzrə ordinaturanı uğurla tamamlayıb. Hələ tələbəlik illərindən ictimai fəal olan Rahim 2008-2012-ci illərdə Azərbaycan Gənclər Təşkilatının (AMOR) Rusiyanın İvanovo vilayəti üzrə sədri vəzifəsini icra edib. 2009-cu ildə isə o, “Gənclər ictimai birliyinin lideri” nominasiyası üzrə Rusiya Federasiyası Prezidentinin mükafatına layiq görülüb.

    Peşəkar tibbi fəaliyyəti boyunca R.Baxşiyev çalışdığı hər bir tibb müəssisəsində özünü məsuliyyətli və bacarıqlı mütəxəssis kimi göstərib. O, 2013-2014-cü illərdə Yuja Mərkəzi Rayon Xəstəxanasında cərrah, 2014-2019-cu illərdə Lejnevsk Mərkəzi Rayon Xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, 2019-2022-ci illərdə isə 7 nömrəli Şəhər Klinik Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib. 
    2022-ci ildən “Life” Tibb Klinikasında cərrah və uroloq olaraq çalışır.

    Həmin il o, Krasnodar şəhərinə köçərək burada bir neçə səhiyyə müəssisəsində paralel tibbi fəaliyyətini davam etdirib. Savadı, təcrübəsi və yüksək pasiyent məmnuniyyəti sayəsində Rahim Baxşiyev 2025-ci ildə ProDoctorov ümumrusiya mükafatında “Rusiyanın ən yaxşı cərrahı” adına layiq görülüb. Mükafat Soçi şəhərində keçirilən təntənəli mərasimdə təqdim edilib.

    Rahim Baxşiyevin ailəsi də çalışqanlığı və nümunəvi fəaliyyəti ilə tanınır: atası Vahid Lətif oğlu, eləcə də hüquqşünas ixtisaslı qardaşı Ramil fərdi sahibkarlıqla məşğuldur. Anası Nətəvan xanım evdar qadındır. R.Baxşiyev ailəlidir, iki övladı var. O, Rusiyada fəaliyyət göstərən iş adamı, İvanovo vilayətinin Yuja rayonunun fəxri vətəndaşı və deputatı olan həmyerlimiz Əlizamin Əməşovun kürəkənidir.
    Bu gün Rahim Baxşiyev yaşadığı regionda ən tanınmış və etibarlı mütəxəssislərdən biri kimi fəaliyyətini uğurla davam etdirir, tibbin müxtəlif sahələrində yeni istiqamətlərin inkişafına mühüm töhfələr verir.

    Gənc həmyerlimizin qazandığı bu uğur həm şəxsi nailiyyət, həm də xalqımız üçün qürurverici hadisədir. Ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər, sağlam can, uğurlu əməliyyatlar və davamlı yüksəliş arzulayırıq.

    Akif AĞAYEV
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ