Azərbaycanın xarici siyasəti sülhsevər siyasətidir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın xarici siyasəti sülhsevər siyasətidir

    Azərbaycanın xarici siyasəti sülhsevər siyasətidir

               
     Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.
               
     Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malikdir. Bu ənənələr Azərbaycanın ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da, fasilələr olsa da, xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmiş, təkcə müdafiə qabiliyyəti ilə deyil, diplomatiya vasitəsilə də müstəqilliyini qoruyub saxlaya bilmişdir.
                 
    Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində – coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir.

     Həmin uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən, vəzifələri isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, bir sözlə, Azərbaycan xalqının milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasət yürüdülməsindən ibarətdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət kursunun əsas məqsədlərindən, milli maraqların formalaşması və təminatında əhəmiyyətindən və tarixi varislik ənənələrindən danışarkən bildirmişdir: “Biz bu siyasətin təməl prinsiplərini elə şəkildə yaratmışıq ki, yeritdiyimiz kurs dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına xidmət etsin”. Bütövlükdə həmin prinsiplər müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməyə, Azərbaycanın regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Heydər Əliyev kursunun davamlı inkişafı və təkmilləşdirilməsi məsələləri ilə yanaşı, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mühüm yer tutur. Bir tərəfdən, ölkəmizin siyasi, iqtisadi və müdafiə potensialının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olunması, digər tərəfdən, xarici siyasət sahəsində əldə edilən mühüm nailiyyətlər, bir sıra dövlətlərlə möhkəm əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması sayəsində Azərbaycanın ədalətli mövqeyi dəstəklənmiş, bütün regional və beynəlxalq layihələrdən getdikcə daha çox tədric olunan Ermənistan isə təcavüzkar dövlət kimi tanınmış və bu gün də tanınmaqdadır.

    Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. Azərbaycan Respublikası dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurmuşdur. Azərbaycanda xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir.
                 
    Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Qərb və Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur. Dinamik inkişafda olan Azərbaycan bu gün transsərhəd layihələrin əsas icraçısıdır. Xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyuluşu region ölkələrində daha qabarıq şəkildə özünü büruzə verir.

     Lakin qlobal geosiyasi və geoiqtisadi proseslərdə Azərbaycana diqqəti artıran amillərdən biri onun dünyanın aparıcı dövlətlərinin siyasi və iqtisadi mənafeləri üçün strateji ərazidə yerləşməsi, NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), əslində, Qərb və Rusiya arasında qarşıdurmanın mərkəzlərindən biri olmasıdır. Rəsmi Bakı fövqəlgüclərin hərbi-siyasi, iqtisadi ziddiyyətlərində Azərbaycanın tərəfsiz olduğunu və ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə yol verilməyəcəyini qətiyyətlə bildirsə də, bu mübarizənin müxtəlif təzahürləri, təzyiq və təhdid cəhdləri ilə hələ də üzləşməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkəmiz xarici siyasət meydanında müstəqil siyasət yürüdür və heç bir dövlət öz iradəsini ona diktə edə bilməz. Azərbaycan daim öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafelərin ödənilməsi üçün sülh və əməkdaşlıq məkanına çevirməyə nail olmuş, beynəlxalq münasibətlərdə hüquq bərabərliyinə söykənən əməkdaşlıq modellərinə üstünlük vermişdir. Azərbaycanın yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilk növbədə region və Qərb ölkələri ilə sağlam münasibətlərin inkişafını, bütün dövlətlər və koalisiyalarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur. Çoxvektorlu xarici siyasət kursunu reallaşdıran Azərbaycan Respublikası bununla özünü çoxsaylı təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa nail olmuşdur.

                             

    Ülvi Rufullayev,
    Masallı rayon Binə Xocavar kəndi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    2. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    3. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    4. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    5. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    6. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    7. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    8. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    9. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    10. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    11. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    12. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    13. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    14. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    15. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    16. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    17. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    18. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    19. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    20. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    21. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    22. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    23. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    24. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    25. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    26. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    27. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    28. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    29. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    30. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    31. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    32. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    33. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    34. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    35. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    36. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    37. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    38. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    39. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    40. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ