Gənclər yenidənqurma və inkişafın mərkəzindədirlər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Gənclər yenidənqurma və inkişafın mərkəzindədirlər

    Gənclər yenidənqurma və inkişafın mərkəzindədirlər


                 
     Bu gün dünyada cərəyan edən gərgin siyasi və ictimai proseslər fonunda bir sıra hökumətlərin siyasəti ucbatından xeyli sayda gənc qadın və kişiyə öz potensiallarını tam şəkildə realizə və inkişaf etdirmək imkanı verilməyib. Nəzərə alsaq ki, yeni dünya nizamında gənclər qlobal trendləri yaxından izləməklə yanaşı, mənfi maraq qruplarının təsir dairəsinə daha tez düşməyə meyillidirlər, o zaman bu işdə prioritet məsələ onlara bir çox yeni imkanların təklif edilməsi ilə bərabər, düzgün gənclər siyasətinin formalaşdırılmasıdır. Bu baxımdan da gənclər hər bir millətin ən dəyərli varlığı və sərmayəsidir desək, yanılmarıq. Gənclərin ehtiyacları böyük və aktual olmaqla yanaşı, onlar həm də yenidənqurma və inkişafın mərkəzindədirlər.
             
    1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Qarşıda duran əsas məsələ görüləcək işlərlə bağlı vahid dövlət siyasətinin reallaşdırılmasının təmin edilməsi idi ki, bu baxımdan da ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Məhz bu addım ayrı-ayrı dövlət qurumlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordinasiya etmək, çərçivə və istiqamət yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edən bir addım oldu.
               
     Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənc qadın və kişilərin tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan da ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir.
                Ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır ki, məhz bu da gəncləri həm bu günün reallıqları, həm də gələcəyin çağırışları ətrafında səfərbər edir. Mövcud fəlsəfənin daha da sağlamlaşdırılması, uğurla realizə edilməsi bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də Ulu Öndərimizin siyasətini layiqincə icra edən Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri olub. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illər ərzində “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.
                 
    Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Xüsusilə dövlətimizin başçısının 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub.
     
     Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü də məhz gənclərdir. Bu baxımdan ölkə gənclərinin potensialının üzə çıxarılması, fəallığının artırılması, hadisələrə fərqli baxış bucaqlarının gətirilməsini cəmiyyət üçün zəruri hesab edən Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da 2020-ci ilin Azərbaycanda “Könüllülər İli” elan edilməsi haqqında Sərəncam imzaladı. İndi könüllülər ordusu kimi böyük bir hərəkat formalaşıb ki, məhz onlar da müxtəlif sahələrdə çalışaraq bilik və bacarıqlarını daha da artırmaqla yanaşı, işlədikləri qurumlara yeni nəfəs, gənc ovqat gətirir, bir digər tərəfdən də uğurlu gələcəklərini könüllülük fəaliyyəti ilə təmin edirlər.
             
    Ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.  Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.



    Oqtay Mütəllimov,
    Masallı Rayonu




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    2. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    3. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    4. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    5. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    6. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    7. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    8. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    9. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    10. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    11. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    12. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    13. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    14. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    15. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    16. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    17. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    18. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    19. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    20. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    21. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    22. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    23. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    24. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    25. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    26. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    27. 22:04 Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    28. 23:06 Masallı Rayon İcra Hakimiyyəti başçsının 06.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 23:11 Rayon rəhbəri 05 avqust 2026-cı il tarixdə Masallı rayonunun II Yeddioymaq ərazisinin Qasımlı kəndində səyyar qəbul keçirib
    30. 22:09 Rayon rəhbəri II Yeddioymaq ərazisində şəhid məzarlarını ziyarət etdi 05.08.2026
    31. 20:09 Rayon rəhbəri Musaküçə kəndində II Qarabağ müharibəsi iştirakçısını ziyarət edib
    32. 20:08 Rayon rəhbəri Çaxırlı kəndində şəhid ailəsini ziyarət edib
    33. 11:47 ƏYALƏTDƏN BÖYÜK ƏDƏBİYYATA
    34. 17:50 Masallıda "Təmiz şəhər bizdən başlayır — nümunə olmaq vəzifəmizdir" adlı tədbir keçirilib
    35. 17:56 Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Qırğızıstanda verdiyi bəyanatın siyasi əhəmiyyəti
    36. 11:46 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Milli kimliyimizin və mənəvi irsimizin rəmzi
    37. 08:47 Azərbaycan prezidetinə yazırlar
    38. 08:44 Azərbaycan Prezidentinə yazırlar
    39. 08:42 Azərbaycan Prezidentinə yazırlar
    40. 08:40 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ